Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetinin iki prorektoru tutduğu vəzifədən azad edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Dekabr 2013 • Baxış sayı: 1,507 dəfə • 1 şərh

Sumqayitxeber.com xəbər verir ki, bu gün Təhsil nazirinin müavini Ceyhun Bayramov Sumqayıt Dövlət Universitetində keçirilən iclasda iştirak edib. İclasda bildirilib ki, Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə Elxan Hüseynov SDU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub və  SDU-nun rektoru vəzifəsinin icrası müvəqqəti olaraq Elxan Hüseynova həvalə edilib.

Sumqayitxeber.com-a daxil olan məlumata görə Nadir Qəhrəmanov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra onu müvəqqəti olaraq əvəz edən Tədris işləri üzrə prorektor  Əkbər  Ağayev və universitetin elmi işlər üzrə prorektoru Yadigar Hüseynov öz ərizələri ilə vəzifədən uzaqlaşdırılıb.

Məlumatı dəqiqləşdirmək üçün Sumqayıt Dövlər Universitetinin mətbuat katibi ilə əlaqə saxladıq. Metbuat katibi prorektorların öz ərizəsi ilə vəzifəsindən azad edildiyi faktını təsdiqlədi.

sumqayitxeber.com

prorektorlar-sdu

Facebook Şərhləndirmə:

“Sumqayıt Dövlət Universitetinin iki prorektoru tutduğu vəzifədən azad edildi” yazısına bir cavab

  1. TURANSHAH deyir:

    ORDA  COX MƏŞHUR BİR MÜƏLLIM DƏ VAR- ASLAN. ONU  NƏ VAXT CIARACAQLAR
     

Şərhinizi yazın