Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetinin tələbələri bu müsabiqədə iştirak edə bilərlər

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Aprel 2015 • Baxış sayı: 442 dəfə • Şərh yoxdur
bankPAŞA Bank “British Council” ilə birgə artıq dördüncü ildir ki, həyata keçirdiyi ənənəvi “Gələcəyə Təşəbbüs” yazı müsabiqəsi elan edir.

sumqayitxeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, müsabiqənin əsas məqsədi tələbələrə ölkənin iqtisadi inkişafı və sosial-iqtisadi islahatlarını müzakirə etmək üçün imkan yaratmaq, həmçinin gəncləri Azərbaycanın gələcək inkişafında daha aktiv rol oynamağa sövq etməkdir. Layihənin əsas fəaliyyəti Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təqdimatların keçirilməsi, inşa yazma qabiliyyəti, istinad və plagiatçılıq mövzuları üzrə seçilmiş tələbələrə təlimlərin keçirilməsi və təlim keçmiş namizədlər tərəfindən inşaların yazılmasından ibarətdir.

Müsabiqə “ADA” Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı, Qafqaz Universiteti, Qərb Universiteti, Sumqayıt Dövlət Universitetində təhsil alan tələbələr arasında keçiriləcək. Tələb olunan yazı dili ingilis dilidir.

Müsabiqənin üç qalibi bu ilin iyul-avqust ayları ərzində Böyük Britaniyanın aparıcı universitetlərindən birində yay məktəbində iştirak edəcək. Finalçılara PAŞA Bank tərəfindən müxtəlif dəyərli hədiyyələr və sertifikatlar təqdim olunacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın