Menu
Geri İrəli

Sumqayıt Dövlət Univüersitetində təkrar ali təhsil almaq istəyənlərin nəzərinə

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Avqust 2014 • Baxış sayı: 1,177 dəfə • Şərh yoxdur
sduSumqayitxeber.com xəbər verir ki, Sumqayıt Dövlət Univüersiteti 2014/2015-cü tədris ilində aşağıdakı ixtisaslar üzrə təkrar ali təhsil (II ali təhsil) üçün tələbə qəbulu elan edir

 

İxtisas

Təhsil forması

Azerbaycan dili və ədəbiyyatı müəllimliyi

əyani/qiyabi

Filologiya

əyani

Psixologiya

əyani

Fizika

əyani

Fizika müəllimliyi

əyani

Elektroenergetika mühəndisliyi

əyani

İstilik energetikası mühəndisliyi

əyani

Elektrik mühəndisliyi

əyani/qiyabi

Riyaziyyat

əyani

Riyaziyyat müəllimliyi

əyani/qiyabi

Biologiya

əyani

Biologiya müəllimliyi

əyani/qiyabi

Kimya

əyani

Kimya müəllimliyi

əyani

Kimiya mühəndisliyi

əyani/qiyabi

Tarix

əyani

Tarix müəllimliyi

əyani

Coğrafiya müəllimliyi

əyani

Politologiya

əyani

Sosiologiya

əyani

İqtisadiyyat

əyani

Dünya iqtisadiyyatı

əyani/qiyabi

Mühasibat uçotu və audit

əyani/qiyabi

Menecment

əyani/qiyabi

Biznesin idarə edilməsi

əyani/qiyabi

Proseslərin avtomatlaşdırılması mühəndisliyi

əyani

Kompyuter mühəndisliyi

əyani/qiyabi

İnformasiya texnolgiyaları və sistemləri mühəndisliyi

əyani

Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi

əyani

Ekologiya mühəndisliyi

əyani

Əvvəlki ali təhsili və ya hazırda (1 ildən az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər uyğun ixtisaslar üzrə müsabiqədə iştrak edə bilərlər.
Əlavə ali təhsil almaq istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • rektorun adına ərizə;
  • ali təhsil haqqında sənədin (diplomun) və qiymət kitabçasından çıxarışın (diploma əlavə) notariusda təsdiq olmuş surətləri;
  • 3×4 sm ölçudə 6 ədəd fotoşəkil;
  • əmək kitabçasının surəti;
  • sağlamlıq haqqında arayış;
  • şəxsiyyət  vəsiqəsi və diplom şəxsən təqdim olunur.

Sənədlər 2014-cü il avqust ayının 30-dək hər gün (istirahət günlərindən başqa) saat 10.00-dan 16.00-dək qəbul edilir. (Əsas korpus, 2-ci mərtəbə, tədris hissəsi) .
Universitetə sənəd vermiş şəxslərlə müəyyən edilmiş qaydada müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müsabiqə yolu ilə əlavə ali təhsiı üzrə tələbələr sırasına qəbul edilirlər. Təhsil haqqı müqavilə əsasında müvafiq ixtisaslara üyğun qaydada ödənilir.
Qeyd: Qiyabi təhsil forması olmayan ixtisaslara müraciət edənlərin sayı imkan verərsə həmin ixtisaslar üçün qiyabi qruplar təşkil olunacaqdır.
Ünvan: Sumqayıt şəhəri, 43-cü məhəllə.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın