Menu
Geri İrəli

Sumqayıt Dram Teatrı “Qatil” dramını səhnələşdirəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyun 2011 • Baxış sayı: 237 dəfə • Şərh yoxdur
Share Button

Yaxın günlərdə Sumqayıtlı teatrsevərlər bu tamaşaya teatrın baş rejissoru Respublikanın əməkdar artisti Firudin Məhərrəmovun quruluşunda baxa biləcəklər

Teatr mövsümünün sonuna az vaxt qalmasına baxmayaraq H.Ərəbıinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının yaradıcılıq işlərinin qaynar vaxtıdır. Belə ki, teatr kollektivi Lənkəran şəhərində keçiriləcək Respublika Teatr festifalında Türk yazarı Tüncer Cücenoğlunun “Ziyarətçi” əsərinin tamaşası ilə iştirak edəcək.

Teatr Xadimləri İttifaqının xətti ilə keçiriləcək “2+1” teatr festifalına da ciddi hazırlıq işləri gedir.

Bunlarla yanaşı teatrın yaradıcı kollektivi xalq yazıçısı Elçinin “Qatil” psixoloji dramının tamaşasına son akkordları vurur. Tamaşanın rəssamı Sevinc Həsənova, musiqi tərtibatçısı sənətşünaslıq namizədi Telman Qəniyevdir. Tamaşada teatrın aparıcı aktyorları məşquldurlar.

Teatrın digər bir işi isə,  dünya ədəbiyyatı korifeylərindən olan “Mark Tvenin” “Şahzadə və Dilənçi” povestinin səhnə variantıdır. Bu povesti  T. Sevçenko səhnələşdirmiş, S.Solmanov isə tərcümə etmişdir. Bu tamaşanı hazırlamaq üçün teatrın müdriyyəti Ukraynanın Donetsk şəhərindən rejissor dəvət etmişdir və güman edirəm ki, seçimində yanılmamışdır.

Gənc rejissor Tatyana Sevçenkonun quruluş verdiyi Dövlət sifarişli bu tamaşa, gənclər üçün nəzərdə tutulmuşdur.  Tamaşada Xalq artisti M.Süleymanov, əməkdar artistlər N.Həşimova, U.Nəsirova, İ.Bağırov, F. Musayeva, N.Şirməmmədovla çiyin-çiyinə teatrın aparıcı aktyorları və gənclər məşquldurlar.

Tamaşada baş rolları Əsmər Qurbanova, Ceyhun Məhərrəmov və Yalçın Səlimov ifa edirlər.

Tamaşanın, bu ilin iyul ayının ortalarında təhvil verilməsi nəzərdə tutulur.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın