Menu
Geri İrəli

Sumqayıt Dram Teatrının vəzifəsindən gedən direktorunu kim əvəz edəcək?

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Fevral 2014 • Baxış sayı: 485 dəfə • Şərh yoxdur
Share Button

vidadi

Bu gün Sumqayıt Dövlət Dram Teatrının direktoru Mehman Şükürov öz ərizəsi ilə vəzifəsindən gedib. Mehman Şükürovu Vidadi Məmmədov əvəz edəcək. 

Vidadi Məmmədov kimdir?

Məmmədov Vidadi Mansur oğlu:  1960-cı ildə anadan olub. 

1982-ci ildə M.Ə.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakultəsinə qəbul olunan V.Məmmədov 1986-cı ildə oranı bitirərək təyinatla M.Davıdova adına Mingəçevir Dövlət Dram teatrına göndərilmiş və orada aktyor işləmişdir. 1993-cü ildən bu günə kimi H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında işləyir. Bu günə kimi 90-dan çox obraza səhnə həyatı vermişdir. Oynadığı rollardan: Məmmədhəsən əmi (C.Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları”), Mülley Həsən (Şiller “Genuyuada sui-qəsd”) , Marek (Kristov Xoinski “Bir gecə əhvalatı”), Həsən (Rizvan Həmid “Şənbə axşamı”), Tereşko ( Makayonak “Tribunal”), Azər (C.Məmmədov ” Ayıq olun, uşaqlar”), Qurbanəli (M.F.Axundov “Müsyo Jordan və dərviş Məstəli şah”), Çənə Arif ( Ə.Qiyas “Qarışqa yuvası”), Niyaz (S.S.Axundov “Tamahkar”),Vəzir (Ü.Kevr “Xacə şah”), Kirpi (O.Kolçinskaya “Tramvayı kim oğurlayıb”), Azad (R.Səməndər “Dərs”), Saqqal Həmzə (A.Babayev “Xilaskar”), Şoşia (N.Dumbadze “Ağ bayraqlar” ), Hüseyn Şahid (C.Məmmədquluzadə “Anamın kitabı”), Baş hakim (Teyfiq Əl-Hakimi “Karıxmış sultan”) və s. göstərmək olar. Teatrdakı işi ilə yanaşı V.Məmmədov Respublika televiziyasının bir çox verilişlərində də çıxış edib. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının çəkdiyi “Əlahiddə vəziyyət” filmində Vaqif roluna çəkilmişdir. V.Məmmədov 1997-ci ildə Sumqayıt teatrında Uon Leyesin “Buratino aya uçur” əsərinin kukla tamaşasının quruluşçu rejissoru olmuşdur. “Rənglərdə yaşayan ömür” kitabının müəllifidir. 1999-cu ildən Azərbaycan Mədəniyyət nazirinin əmrinə əsasən Sumqayıt Dövlət Musiqili Dram teatrının yaradıcılıq işləri üzrə direktor müavini vəzifəsində çalışır. Direktor müavini işləməklə öz yaradıcılığını da davam etdirir.
25.09.2008-ci ildə “Əməkdar artist” Fəxri adına layiq görülüb.

sumqayitxeber.com

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın