Menu
Geri İrəli

Sumqayıt dünyanın 13 şəhəri ilə qardaşlıq və tərəfdaşlıq əlaqələri qurub

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Yanvar 2015 • Baxış sayı: 557 dəfə • Şərh yoxdur

14207179254826223892Şəhərlər arasında qardaşlaşma əsasən mədəni, iqtisadi, siyasi, təhsil, səhiyyə, ətraf aləmin mühafizəsi sahəsində əlaqələrin möhkəmləndirilməsi və inkişafı ilə müşayiət olunur. Qardaş şəhərlər – coğrafi olaraq biri-birindən uzaq olan yaşayış məskənlərinin, mədəni və ticarət əlaqələri ilə ortaya gətirdikləri birlikdir.
Dünya şəhərləri arasında qardaşlaşmanın tarixi 1957-ci ildən başlayır. İndiyədək Dünya Qardaşlaşmış Şəhərlər Federasiyasına 4000-dən artıq şəhər üzv olub. Onlar arasında Azərbaycanı təmsil edən şəhərlər də var. Bakı və Sumqayıt bu siyahıda liderlik edir.
Ümummilli lider Heydər Əliyevin “kiçik Azərbaycan” adlandırdığı Sumqayıtın da dünyaya inteqrasiya, mədəni əlaqələrin qurulmasında özünəməxsus yeri vardır. Bu tarixə nəzər salanda ilk əvvəl Sumqayıtın qardaşlaşdığı şəhərlərlə münasibəti göz önünə gəlir. Sovet dövründə xarici əlaqələrlə bağlı mövcud məhdudiyyətlərə baxmayaraq, Sumqayıt bir neçə ölkənin şəhərləri ilə dostluq əlaqələri qurmuşdu. Azərbaycan müstəqillik qazandıqdan sonra da bu əlaqələr daha da genişləndirildi və hazırda davam etdirilir.
AzərTAc xəbər verir ki, hazırda Sumqayıt dünyanın 13 şəhəri ilə qardaşlıq və tərəfdaşlıq əlaqələri qurub. Sumqayıtın dostları sırasında Almaniyanın Lüdviqshafen, Rumıniyanın Piteşti, Çin Xalq Respublikasının Xunan əyalətinin Çju Cou, Avstriyanın Lins, İtaliyanın Genuya və Bari, Türkiyənin Ceyhan, Belarusun Mogilyov və Belostok, Gürcüstanın Rustavi, Qazaxıstanın Aktau, Ukraynanın Cerkassı, Rusiya Federasiyasının Nevinnomıssk şəhərləridir. Bu şəhərlər arasında Sumqayıtın dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Yaxın perspektivdə Sumqayıt Bolqarıstanın Burqas şəhəri ilə də əlaqələr quracaqdır.
Sumqayıtda Çerkassı şəhərinin adını daşıyan küçə və Lüdviqshafen şəhərinin adını daşıyan park da var. Müvafiq olaraq bu şəhərlərdə də Sumqayıtın adına daşıyan küçələr vardır.
Qardaşlaşmış şəhərlər layihəsi çərçivəsində mütəmadi olaraq nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, iqtisadi, mədəni və humanitar sahələrdə bir sıra layihələr həyata keçirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın