Menu
Geri İrəli

Sumqayıt DYP əməkdaşları vətəndaşlarla kobud davranır – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Oktyabr 2013 • Baxış sayı: 270 dəfə • 1 şərh

Guya vətəndaşın haqqını qorumaqla nə əldə edəcəksiniz?

 Daxili işlər naziri Ramil Usubov çıxışlarında dəfələrlə yol polisi əməkdaşlarını qayda pozuntusuna yol verənlərin cəzalandırılmasını, qayda pozmayanların müxtəlif bəhanələrlə incidilməsinə yol verilməməsini əmr edib. Obyektivlik naminə qeyd edək ki, son illərdə paytaxt polisinin vətəndaşlarla davranışında müəyyən irəliləyişlər var. Ancaq təəssüflər olsun ki, sürücülərlə ədəb-ərkanla davranış qaydalarından əksər əyalət polisləri hələ də bixəbərdirlər. Sürücünün qayda pozması, buna görə məsuliyyətə cəlb olunması, yaxud da haqsız incidilməsi müzakirə predmetimiz deyil. Buna qədər baş verən proses haqqında danışacağıq. Polislə sürücü arasında baş verən ünsiyyət şübhəsiz ki, qanunla müəyyən olunmalıdır. DYP əməkdaşlarının qeyri etik davranışı nəticəsində sürücü ilə insident

yaranmasının daim şahidi oluruq. Bununçün Sumqayıt DYP idarəsinin qarşısında az bir zaman müşahidə aparmaq kifayətdir ki, dediklərimiz təsdiqini tapsın. Şəhərimizdən fərqli olaraq paytaxtımızda, həmçinin sivil ölkələrdə ümumiyyətlə polis vətəndaşlarla etik davranır. Təəssüf ki, əksər Sumqayıt polisi bu cür davranışlardan hələdə uzaqdadır. Bu gün qarşılaşdığımız hadisə dediklərimizi bir daha təsdiqlədi. Belə ki, Sumqayıt DYP idarəsinə məxsus 10 YP 604 dövlət nömrə nişanlı vtomobillə xidməti vəzifəsini icra edən müfəttişin hərəkətləri vətəndaşların etirazına səbəb oldu. Bazarın qarşısında avtomobillərin harda gəldi saxlaması hər kəsi narahat edir. Sözügedən müfəttiş düzgün park etməyən avtomobillərə cərimə yazırdı. Bu çox təqdirəlayiq haldır. 168saat.com-un əməkdaşının cərimələnən sürücülərdən reportaj hazırlamaq istəyi müfəttişi nədənsə narahat etdi. Bu onu əxlaqsız davranmaqdan belə çəkindirmədi. Sitat :”Niyə ölmürsünüz? Guya vətəndaşın haqqını qorumaqla nə əldə edəcəksiniz? Bir gün sizin də qabağını alan tapılar.” (etika xatirinə polislə dialoqu tam olaraq təqdim etmirik). Bu azmış kimi qadın sürücülərlə belə kobudluqdan çəkinməyən DYP əməkdaşı vətəndaşların etiraz etdiyini görüb hadisə yerindən uzaqlaşdı. Təəssüf ki, Sumqayıt DYP-sinin adını ləkələyəcək bu kimi müfəttişlər hələ də mövcuddur. Məhz onların bu cür rəftarı vətəndaşlarda DYP haqqında birmənalı fikir formalaşmamasına sövq edir. Bu arada istərdik ki, yol polisinin vəzifə və səlahiyyətləri haqqında qısa da olsa məlumat verək. “Yol hərəkəti haqqında” qanunun 84-cü maddəsinə görə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində nəzarətin həyata keçirilməsi qaydaları aşağıdakılardır:

 Bu qanunu mükəmməl bilmək və düzgün tətbiq etmək;

Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları üçün müəyyən edilmiş müvafiq formalı geyimdə olmaq;

Xidmətdə olarkən xidməti vəsiqəni, xidməti silahını, şəxsi nömrə ilə döş nişanını, jezli, fiti, xüsusi çantanı (onun içində bu Qanunun mətnini, qələmi, inzibati xətalar haqqında protokolun blanklarını, eləcə də inzibati cərimənin yerində ödənilməsi barədə qəbz blanklarını) özündə saxlamaq;

Yol hərəkəti iştirakçılarına qarşı ədəb və nəzakətlə rəftar etmək, onlarla münasibətdə insanın şərəf və ləyaqətini alçaldan hərəkətlərə və sözlərə yol verməmək;

Yol hərəkəti iştirakçılarını saxladıqda onlara yaxınlaşmaq, özünü təqdim etmək, dayandırmanın səbəbini, yol hərəkəti qaydalarının pozuntusu aşkar edilmişdirsə, onun məzmununu və həmin pozuntunun bu qanunun hansı maddəsində nəzərdə tutulduğunu onlara bildirmək, habelə inzibati məsuliyyətə cəlb etmə haqqında qərardan şikayət verilməsi qaydasını izah etmək;

 Yol polisi həmçinin, cinayət törətmiş şəxsləri təqib etmək, tutub saxlamaq və müəyyən edilmiş qaydada müvafiq dövlət orqanına təhvil vermək (bu mümkün olmadığı halda, tabeçilik üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə təqibi təşkil etmək təklifi ilə müraciət etmək) səlahiyyətinə malikdir.   “168saat.com”

Facebook Şərhləndirmə:

“Sumqayıt DYP əməkdaşları vətəndaşlarla kobud davranır – FOTOLAR” yazısına bir cavab

  1. Mustafa Eraslan deyir:

    BU SUMQAYITIN YOL POLISLERI TAMAM QUDURUBLAR HAMIYA ILISIRLER , SEHER SEHER EVLERINDE YOXSA ISDE NE ILE QIDALANIRLAR ?!

Şərhinizi yazın