Menu
Geri İrəli

Sumqayıt Elektrik Şəbəkədə kütləvi ixtisar

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Yanvar 2015 • Baxış sayı: 807 dəfə • 1 şərh

1420412180_azerenerjiİdarədə çalışan pensiyaçılar deyil, bütün cavan kadrları yanvardan etibarən işdən çıxarılacaq

«Azərenerji» ASC-nin Sumqayıt Elektrik Şəbəkəsində bu ilin yanvarından etibarən kütləvi ixtisarlara start verilməsi üçün hazırlıqlara başlanılıb. JAM.AZ-a şəbəkənin işçiləri adından müraciət edən Arzu Abdulova bildirir ki, hal hazırda siyahının hazırlanması prosesi başa çatıb.

Lakin kimlərin ixtisara düşəcəyi barədə heç kimə məlumat verilmir. «Dolayı şəkildə öyrənmişik ki, pensiyaçılar, orta təhsilli işçilər qala-qala, ixtisar siyahısında əsasən cavan və ali təhsillilər yer alıb. Və nə qəribəsi odur ki, ümumi şöbənin rəisi Əliyar Qasımov, İqtisadiyyat şöbəsinin rəisi Səadət Həsənova, İstismar idarəsinin baş mühəndis müavini Bəylər Nurullayev kimi pensiyaçıların adları ixtisar siyahısında yoxdur. Bundan əlavə adları ixtisar siyahısına salınanların çoxu ailəsinin yeganə işləyən şəxsləridir».

Arzu Abdulova yazır ki, Sumqayıt REŞ MMC-də az qala ailəlikcə işləyən çoxlu sayda işçilər var. «Bir ailədən ər-arvad, ata-oğul və ya gəlini ilə birgə işləyənin heç biri ixtisara salınmır. Bu isə böyük bir ədalətsizlikdir və kütləvi haqlı narazılıqlara səbəb yaradır».

Facebook Şərhləndirmə:

“Sumqayıt Elektrik Şəbəkədə kütləvi ixtisar” yazısına bir cavab

  1. Nergiz deyir:

    Olar her shey olar.cunki biz Azerbaycanda yashayiriq.Burda haqsizliq ve ozbashnaliq bash roldadi

Şərhinizi yazın