Menu
Geri İrəli

Sumqayıt energetiklərinin maaşını kim verəcək?

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Dekabr 2009 • Baxış sayı: 208 dəfə • Şərh yoxdur

DED7962D-A866-4342-BF7C-572F13C8240B_mw800_mh600Məlum olduğu kimi “Sumqayıtelektrikşəbəkə” ASC ləğv edilərək “Azərenerji” ASC-yə birləşdirilib. Lakin ləğv edilən “Sumqayıtelektrikşəbəkə”nin işçiləri oktyabr və noyabr aylarının maaşlarını hələ ala bilmədiklərindən narazılıq edirlər.

Bununla bağlı “Azernerji” ASC-nin mətbuat xidmətilə əlaqə saxlayan SİA-nın bölgə müxbirinə bildirilib ki, oktyabr ayının maaşlarını ləğv edilmiş qurum ödəməlidir.

“Sumqayıtelektrikşəbəkə” ASC-nın məsul işçisi Nəriman Canıyev isə məsələyə münasibət bildirərkən deyib ki, “iki həftəyə oktyabr ayının maaşları ödəniləcək, noyabr ayına olan maaş borcunu isə “Azərenerji” ASC həll etməlidir, çünki “Sumqayıtelektrikşəbəkə” noyabrın 1-dən ləğv edilib”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın