Menu
Geri İrəli

“Sumqayıt” EŞ-də 2130-dan çox qayda pozuntusu aşkarlanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Sentyabr 2012 • Baxış sayı: 186 dəfə • Şərh yoxdur

“Sumqayıt” Elektrik Şəbəkəsində cari ilin ötən 8 ayı ərzində 2130-dan artıq (bunun 1945-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) qayda pozuntusu faktı aşkar edilərək 5 milyon 936,9 min kilovatsaatdan çox itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilib.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin məbləğin (356,2 min manatın) 66 faizdən artıq hissəsinin ödənişi təmin edilib.

Cari ilin son üç ayı ərzində müəssisənin xidməti ərazisində olan fərdi yaşayış evlərində sayğac uçot komplektinə nəzarəti gücləndirmək məqsədilə həyata keçirilən yenidənqurma işləri zamanı 20,2 kilometrdən artıq SİP kabel xətti çəkilib, 1770-ə yaxın elektrik sayğacı quraşdırılıb və dəyişdirilib. Eyni zamanda 10, 6 və 0,4 kV-lik xətlərin müəyyən hissəsində təmir işləri aparılıb, xeyli sayda dayaq yenisi ilə əvəzlənib.

Bunlardan başqa, bir ədəd 1000 KVA gücündə yeni transformator quraşdırılıb, bir transformator isə daha güclüsü ilə (630 KVA ilə) əvəz edilib. Bütün bunlarla yanaşı, TM və KTM-lərdə müxtəlif təyinatlı təmir işləri də həyata keçirilib.Həbibə/AZADİNFORM

Facebook Şərhləndirmə:

Şərhinizi yazın