Menu
Geri İrəli

Sumqayıt faciəsinin səbəbkarı həbs edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 6 May 2014 • Baxış sayı: 767 dəfə • Şərh yoxdur
Share Button

avtobus-qezaAprel ayının 8-də Sumqayıtda 28 nəfərin ağır yaralanması, 1 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı qaldırılan cinayət işi səbəbkarın həbsi ilə davam edir.

“Axar.az”ın məlumatına görə, hazırda cinayət işi ilə bağlı istintaqı Baş DYPİ-nin İstintaq və Tədqiqat şöbəsi aparır. İstintaq yol qəzasında şübhəli bilinən “Amiqo M 2633” özüboşaldan yük maşınının sürücüsü Vaqif Behbudovu dünən şübhəli şəxs qismində saxlayıb və ona qarşı Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə ittiham irəli sürülüb. Baş Prokurorun təqdimatı ilə bu gün Sumqayıt Şəhər Məhkəməsi tərəfindən isə V.Behbudov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, aprel ayının 8-i Bakı-Quba magistral yolunun Sumqayıt Texnologiyalar Parkının yaxınlığında vaqif Azad oğlu Behbudovun idarə etdiyi “Amiqo M 2633” özüboşaldan yük markalı 90 JH 537 dövlət nömrə nişanlı avtomaşınla Ramiz Qurban oğlu Muradovun idarə etdiyi “İsuzu Ekobus” markalı 50 AE 109 nömrə nişanlı sərnişin avtobusu toqquşub. Hadisə nəticəsində 28 nəfər yaralanıb, “İsuzu Ekobus” markalı maşının sürücüsü Ramiz Qurban oğlu Muradov hadisə yerindəcə ölüb.
- See more at: http://axar.az/news/15749#ad-image-0

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın