Menu
Geri İrəli

“Sumqayıt” FK “Kəpəz”lə oyuna hazırlaşır

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Oktyabr 2012 • Baxış sayı: 197 dəfə • Şərh yoxdur
Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində səfərdə “Kəpəz”lə qarşılaşacaq “Sumqayıt” Futbol Klubu hazırlığını davam etdirir. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda gün ərzində 2 dəfə olmaqla məşq edən komandamızın heyətində itkilər diqqət çəkir. Zədəli olan Xəyal Mustafayev və Uğur Pamuk fərdi məşqlərlə kifayətlənir. Orxan Əliyev isə U-19-un heyətində olduğu üçün “Kəpəz”lə görüşdə iştirak edə bilməyəcək. Qapıçı Elçin Sadıqov isə zədəsini sağaldaraq komandaya qoşulub.

Qeyd edək ki, “Kəpəz” – “Sumqayıt” oyunu oktyabrın 26-da Gəncə şəhər stadionunda baş tutacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın