Menu
Geri İrəli

“Sumqayıt” FK “Simurq”la oyunun hazırlığına start verdi

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Sentyabr 2013 • Baxış sayı: 196 dəfə • Şərh yoxdur

Topaz Premyer Liqasının növbəti turu çərçivəsində, səfər meydanında “Simurq”la qarşılaşcaq “Sumqayıt” Futbol Klubu məşqlərə start verib. Komandamız bu gün səhər məşqində Aqil Məmmədovun rəhbərliyi altında daha çox fiziki hazırlığın artırılması üzərində çalışıb. “Sumqayıt” tam heyətlə məşq edə bilmir. Belə ki, A millidə olan Anar Nəzirov, Ruslan Qurbanov, U-21-in düşərgəsində yer alan Nurlan Novruzov, Kərim Diniyev, Elşən Abdullayev, Slavik Alxasov və U-19-la Rusiyaya təlim-məşq toplanışına yollanan Ruslan Nəsirli və Orxan Əliyev komandamızın hazırlığa nisbətən gec qoşulacaq. Zədəsini yenicə sağaltmış Pərdis Fərcad-Azad artıq komanda ilə birlikdə məşqlərə başlayıb.
Yeri gəlmişkən, “Sumqayıt” FK-nun əvəzedici komandası sentyabrın 8-də “Neftçala” ilə yoxlama oyununda qüvvəsini sınayacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın