Menu
Geri İrəli

“Sumqayıt” flaqmana uduzdu

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Fevral 2012 • Baxış sayı: 241 dəfə • Şərh yoxdur

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 20-ci turun oyunlarına start verilib.  Qış fasiləsindən sonrakı ilk turun birinci oyun günündə 3 qarşılaşma baş tutub.

Lider “Neftçi” “Sumqayıt”la üz-üzə gəlib və üç cavabsız qolla qələbə qazanıb. Liderlər qrupunda qərarlaşan digər komanda – “Xəzər Lənkəran” doğma meydanda AZAL-la münasibətlərinə aydınlıq gətirib. Cənublular minimal hesablı qələbəyə seviniblər.: 1-0. Turun mərkəzi oyununda isə “Bakı”yla “Qarabağ” qarşılaşıb. Ağdam klubu rəqibini darmadağın edərək, mövqeyini möhkəmləndirib: 3-0


SUMQAYIT – NEFTÇİ – 0:3 (0:1)
Qollar: Flavinyo, 45 (0:1), B.Nasimov, 48 (0:2), B.Nasimov, 84 (0:3)
Hakimlər: Anar Salmanov, Rza Məmmədov, Yaşar Abbasov, Fuad Həsənov.
Bakı. “Şəfa” stadionu.

“Neftçi”nin start heyəti: Rauf Mehdiyev, Ruslan Abışov, Rail Məlikov, Elvin Yunuszadə, Alessandro Viana da Silva, Denis Silva, Slavço Georgiyevski, Mirhüseyn Seyidov, Rəşad Abdullayev, Flavinyo, Bahadur Nasimov.
“Sumqayıt”ın start heyəti: Andrey Popoviç, Tərlan Quliyev, Timur İsrafilov, Ruslan Tağızadə, Bədavi Hüseynov, Samir Abbasov, Abdulla Abatsiyev, Uğur Pamuk, Eşqin Quiyev, Ramil Həşimzadə, Kamil Nurəhmədov.

Şəhərimizin komandasının paytaxt klubu ilə qarşılaşmasından reportajı təqdim edirik:

Oyun başladı
İlk dəqiqələr gözlənildiyi kimi “Neftçi”nin üstünlüyü şəraitində keçir
4. Mirhüseyn Seyidovun zərbəsini qapıçı tutur
6. Rəşad Abdullayev, Andrey Popoviçlə təkbətək çıxsa da zərbəsi qeyri-dəqiq alınır
8. Flavinyonun zərbəsindən sonra top qapının üstündən keçir
26. Alessandro Viana da Silva Ruslan Əmircanovla əvəzlənir
32. Kamil Nurəhmədovun zərbəsi zamanı top qapının yanından keçir
36. B.Nasimov qapıçı ilə təkbətək çıxsa da, özbəkistanlı futbolçunun zərbəsini Popoviç tutur
40. “Neftçi”nin bütün cəhdlərinə rəğmən, “Sumqayıt” yaxşı müdafiə olunur
43. Mirhüseyn Seyidovun uzaq məsafədən zərbəsi qapının üstündən keçir
45. Flavinyo nəhayət ki, nominal meydan sahiblərinin müqavimətini qıra bilir – 0:1
Birinci hissə başa çatd
İkinci hissə başladı
48. “Neftçi” ikinci hissəyə qolla başlayır. Slavço Georgiyevskinin ötürməsindən sonra Bahodir Nasimov hesabı artırır – 0:2
61. Flavinyo əlverişli qol imkanı qazansa da, bu epizodda Popoviç komandasını 3-cü qoldan xilas edir
68. Nasimov dubl etməyə yaxın olsa da, bu dəfə top çərçivədən yayınır
75. Flavinyonun əvəzinə meydana Flaqmanın gənc yetirməsi Elşən Abdullayev daxil olur
77. Nasimovun zərbəsi qapı dirəyinə tuş gəlir
78. Slavço Georgiyevskinin yerinə meydana Cavid İmamverdiyev çıxır
84. Mirhüseyn Seyidovun ötürməsini Nasimov qola çevirir – 0:3
87. Nasimov het-trik edə bilərdi. Amma bu dəfə top azacıq qapının üstündən keçir
Matç başa çatdı

Facebook Şərhləndirmə:

Şərhinizi yazın