Menu
Geri İrəli

“Sumqayıt” Futbol Klubunun “Facebook” Sosial şəbəkəsində rəsmi səhifəsi azarkeşlərin ixtiyarına verilib

Müəllif: sumqayitxeber.com • Tarix: 4 İyul 2011 • Baxış sayı: 279 dəfə • Şərh yoxdur

Ötən mövsümün yekunlarına əsasən Premyer Liqaya vəsiqə qazanan “Abşeron” Futbol Klubunun maliyyə problemləri üzündən dağılması haqda xəbəriniz var. 2011/2012-ci il mövsümündə elitada “Abşeron”un əvəzinə “Sumqayıt” Peşəkar Futbol Klubu çıxış edəcək. Bununla bağlı klub rəhbərliyi Peşəkar Futbol Liqasına müraciət etmişdi.

Klubun maliyyə stabilliyini və Premyer Liqada iştirak etməsi ilə bağlı müraciətini nəzərə alan PFL rəhbərliyi də müraciəti müsbət qarşıladı.

Belədə “Sumqayıt” Peşəkar Futbol Klubu bütün hüquqi sənədləri həll edərək yeni mövsümdən Premyer Liqada iştirak edəcək.

Bununla əlaqədar klub maliyyə məsələlərini həll etmək üçün “Azərkimya” İB ilə sponsorluq haqqında müqavilə imzalayıb. “Sumqayıt”ın prezidenti Kamran Quliyev təyin olunub.

Sumqayıt təmsilçisinin baş məşqçisinin kimliyi də müəyyənləşib. Belə ki, bu komandanı almaniyalı Bernard Raab çalışdıracaq. Onun köməkçiləri isə Təbriz Həsənovla Aslan Kərimov olacaq.

Artıq klubun “Facebook” Sosial şəbəkəsində rəsmi səhifəsi də azarkeşlərin ixtiyarına verilib
https://www.facebook.com/sumqayitfc

Facebook Şərhləndirmə:

Şərhinizi yazın