Menu
Geri İrəli

SUMQAYIT GƏNCLƏRİ NARKOMANİYAYA YOX DEYİR

Müəllif: sumqayitxeber.com • Tarix: 4 İyun 2011 • Baxış sayı: 242 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 02 iyun 2011-ci ildə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının binasında “Gənclər narkomaniyaya yox deyir!” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə əvvəlcə narkomanların acı taleyini əks etdirən müxtəlif filmlər nümayiş etdirilmişdir.            Tədbiri giriş sözü ilə açan Baş İdarənin rəisi Musa Həsənov şəhərdə digər sahələrdə olduğu kimi, narkomaniya ilə mübarizə sahəsində də tədbirlərin gücləndirildiyini qeyd etmişdir. O, xüsusilə vurğulamışdır ki, şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizovun şəxsi təşəbbüsü ilə son bir ay ərzində şəhərin ali, orta ixtisas və orta ümumtəhsil məktəblərində 11 min nəfərdən artıq gəncin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirici tədbirlər həyata keçirilmişdir.            Tədbirdə iştirak edən Respublika Narkoloji Dispanserin həkimi Səfiyar İsayev, şəhər Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi polis mayoru Rauf Babaşov, şəhərin baş psixiatru, respublikanın əməkdar həkimi Mail Tağıyev, Rayonlararası Narkoloji Dispanserin baş həkimi Kamil Mehdiyev görüş iştirakçılarının müxtəlif suallarını cavablandırmışlar.

Sonda Baş İdarənin rəisi Musa Həsənov keçirilən tədbirlərin təşkil edilməsində əməyi olan bütün təşkilatlara, xüsusilə Təhsil Şöbəsinin müdiri, Respublikanın əməkdar müəllimi Vidadi Bağırova təşəkkürünü bildirmişdir. Ismayıl Kərimov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın