Menu
Geri İrəli

SUMQAYIT GƏNCLƏRİ PİAR İŞİNİN TƏŞKİLİNİ ÖYRƏNDİLƏR

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyul 2010 • Baxış sayı: 184 dəfə • Şərh yoxdur

DDSH_logo_az_168939031_439505968Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyilə Gənc İstedadlara Dəstək Fondu “Sumqayıt şəhərində fəaliyyət göstərən gənclər təşkilatlarının bacarıqlarının artırılması” layihəsi çərçivəsində 17-18 iyul 2010-cu il tarixlərində Sumqayıt şəhərində “Zümrüd” restoranında “İctimaiyyətlə əlaqələr və sosial tərəfdaşlıq” mövzusunda treyninq-seminar keçirmişdir.
Təlimçi Rəsul Hüseynzadə “ictimaiyyətlə əlaqələr” anlayışının əhatə dairəsi, press-relizlərin yazılma qaydaları, mətbuat konfrasının təşkili, uğur hekayələrinin yazılması, jurnalistlər qrupunun yaradılması və hədəf qrupların seçilməsi kimi məsələləri interaktiv təlim metodu ilə şəhərdə fəaliyyət göstərən gənclər təşkilatları və qurumlarını təmsil edən gənclərə çatdırmışdır.

Təlimdə iştirakçılar arasında mətbuat konfransının keçirilməsi, informasiyanın çatdırılma üsulları və digər əlaqədar sahələrdə bacarıqları artırmaq məqsədi ilə simulativ oyunlar da təşkil edilmişdir.

Təlimin sonunda iştirakçilara sertifikatlar təqdim olunmuşdur.

Gənc İstedadlara Dəstək Fondunun Layihələr və

Sosial Araşdırmalar üzrə əlaqələndiricisi, İsmayıl Kərimov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın