Menu
Geri İrəli

Sumqayıt gəncləri şəkidə “Tütünə yox!” dedilər

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Dekabr 2013 • Baxış sayı: 173 dəfə • Şərh yoxdur

“Sağlam Düşüncə” Gənclər Təşkilatı “Tütünə yox!” Sağlam Həyat tərzinin təbliği kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu dəstəyi ilə Gənclər Düşərgəsi təşkil edib.

27 noyabr – 1 dekabr 2013-cü il tarixlərində Şəki şəhərində Azərbaycanın müxtəlif regionlarından olan gənclərin iştirakı ilə 5 günlük Gənclər Düşərgəsi keçirilib. Gənclər Düşərgəsinin iştirakçılarına zərərli vərdişlərin insana və cəmiyyətə təsiri haqqında təlim proqramı təşkil edilib.  Bu təlim proqramı 3 istiqamətində aparılıb; məlumatlandırma, psixoloji və PR alətləri ilə işləmək. Gənclər Düşərgəsinin iştirakçıları gənclər arasında tütünün zərərləri haqqında məlumatlar yayacaq, info-sessiyalar və seminarlar təşkil edəcəklər.

Gənclər Düşərgəsinin əsas məqsədi gənclər arasında “Tütünə Yox!” Sağlam Həyat tərzinin təbliği kampaniyasında gənclərin iştirakçılığını artırmaq və onların resurslarından kampaniyanın daha da genişlənməsində istifadə etməkdir.

Qeyd edək ki, 2009-ci ildən etibarən başladılan kampaniyanın əsas məqsədi gənclər arasında passiv siqaretçəkmə haqqında maarifləndirmə işinin təşkil etmək və gənclərin vasitəsi ilə cəmiyyətdə anti-nikotin ideoloqiyasını gücləndirməkdir. Eyni zamanda tütünlə mübarizə sahəsində maraqlı tərəflərin birgə işini təşkil etməkdir. Kampaniya çərçivəsində mütəmadi olaraq ikincili siqaret çəkmənin zərərləri haqqında seminarlar və təlimlər, velo-yürüşlər və mədəni-kütləvi tədbirlə təşkil edilmişdir.

sdgt sdgt5 unnamed

Facebook Şərhləndirmə:

Şərhinizi yazın