Menu
Geri İrəli

Sumqayıt gəncləri üçün daha bir təlim keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Oktyabr 2012 • Baxış sayı: 331 dəfə • 1 şərh
Share Button

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə “Sumqayıt Gənclərində Təşkilati Bacarıqların” artırılması layihəsi çərçivəsində növbəti təlim 27-28 oktyabr 2012-ci il tarixində Sumqayıt şəhərində yerləşən “Park” restoranda “Layihə yazılışı” (II qrup) mövzusunda keçirilərək layihənin birinci mərhələsinə yekun vurulub. Təlimdə Sumqayıt şəhərində fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak ediblər. Təlimdə çıxış edən layihə əlaqələndirici İsmayıl Kərimov layihənin mahiyyəti haqqında iştirakçılara məlumat çatdırıb.

 İki günlük təlimdə təlim iştirakçılarına layihə anlayışı, layihə yazılışının planlaşdırılmasında problemin və maraqlı şəxslərin təhlili, məqsədi müəyyən edilməsi və alternativ strategiyaların seçilməsi, müdaxilənin məntiqi, layihə yazılışında indikatorların göstərilməsi, risk analizi, məntiqi çərçivənin yazılışı, layihə yazılışında dil üslubu, budcə tərtibatı və  digər mövzular interaktiv metodla iştirakçılara çatdırılıb. Təlimdə gənclər qrup işləri vasitəsi ilə öyrəndikləri biliklərlə layihələr hazırlayıblar. Təlimin sonunda ümumi qiymətləndirmə aparıldı və təlimin təşkilatçıları ilə gələcək planlar müəyyənləşdirilib.

Təlim iştirakçılarına təlimlərdən sonra bütün layihə iştirakçıları ilə birgə görüləcək işlər haqqında məlumat verilib və bununla da layihənin birinci mərhələsi başa çatdırılıb.

Layihənin ikinci mərhələsində layihə iştirakçılarının 4 qrupa bölünərək layihə hazırlamaları və təqdimatların keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində Hazırlanan layihələrin maliyyələşməsi üçün donor axtarışları işlərinin aparılması da planlaşdırılır.

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıt gəncləri üçün daha bir təlim keçirildi” yazısına bir cavab

  1. İmran deyir:

    Maraqlı layihə olub.
    Mən də iştirak etmək istərdim.
    İmran – SDU magistr

Şərhinizi yazın