Menu
Geri İrəli

SUMQAYIT GƏNCLƏRİNƏ AVROPADAKI TƏLİMLƏR HAQQINDA TƏQDİMAT KEÇİRİLDİ

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Dekabr 2010 • Baxış sayı: 220 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi “Demokratik Gənclər” İctimai Birliyi ilə birgə 11 dekabr 2010-cu ildə Sumqayıt İnformasiya Texnologiyaları Akademiyasında www.salto-youth.net – Avropa Gənclərinin Təlim və Fəaliyyət Resursu haqqında təqdimat keçirildi. Təqdimatda çıxış edən Baş İdarənin Gənclərlə iş sektorunun aparıcı məsləhətçisi İsmayıl Kərimov tədbirin mahiyyəti haqqında məlumat verərək Avropada gənclər üçün keçirilən təlimlər və seminarların əhəmiyyətini qeyd etdi. Sonra “Demokratik Gənclər” İctimai Birliyin idarə heyətinin üzvü Ayaz Abuşov www.salto-youth.net saytında qeydiyyatdan keçmək, təlim elanları ilə tanış olmaq, habelə təlimdə iştirak etmək üçün effektiv ərizə formasını doldurmaq haqqında təqdimat keçirdi. Təqdimat əsasında Ayaz Abuşov Avropada keçirilən təlim və seminarların mövzuları, gənclər təşkilatlarının inkişafında Avropada keçirilən təlimlərin və seminarların əhəmiyyəti haqqında geniş məlumat verdi. Təqdimatın sonunda iştirakçıları maraqlandıran suallara cavab verildi.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi, Fizuli Cabbarov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın