Menu
Geri İrəli

SUMQAYIT GƏNCLƏRİNƏ İCTİMAİ VƏKİLLİK BACARIQLARI AŞILANDI

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Oktyabr 2012 • Baxış sayı: 198 dəfə • Şərh yoxdur

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə “Sumqayıt Gənclərində Təşkilati Bacarıqların” artırılması layihəsi çərçivəsində 06-07 oktyabr 2012-ci il tarixində Sumqayıt şəhərində yerləşən “Park” restoranda “İctimai Vəkillik (Advokasi)” mövzusunda təlim təşkil edilmişdir. Təliimdə Sumqayıt şəhərində fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak etmişdir. Təlimdə çıxış edən layihə əlaqələndirici İsmayıl Kərimov layihənin mahiyyəti haqqında iştirakçılara məlumat çatdırdı.

İki günlük təlimdə SOS Uşaq Kəndləri Azərbaycan Milli Assosiasiyasının advokasi meneceri Günel Səfərova təlim iştirakçılarına advokasi anlayışı, məqsədi, uğurlu advokasi prosesində problemin təhlili, hədəf auditoriyanın seçilməsi, mesajların ötürülməsi, kampaniyalarda istifadə olunacaq strategiya və taktikanın müəyyən edilməsi advokasinin digər mərhələləri  interaktiv metodla iştirakçılara çatdırılmışdır. Təlimdə gənclər qrup işləri vasitəsi ilə advokasi ilə bağlı praktiki bacarıqlar aşılandı. Təlimin sonunda ümumi qiymətləndirmə aparıldı və təlimin təşkilatçıları ilə gələcək planlar müəyyənləşdirildi.

Təlim iştirakçılarına təlimlərdən sonra bütün layihə iştirakçıları ilə birgə görüləcək işlər haqqında məlumat verildi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın