Menu
Geri İrəli

Sumqayıt Gənclərinə internetdə iş axtarma yolları öyrədiləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Aprel 2011 • Baxış sayı: 453 dəfə • Şərh yoxdur

Demokratik Gənclər İctimai Birliyi Sumqayıt gənclərinin İnternet resurslarından səmərəli istifadə etməklə karyera imkanlarının artırılması layihəsinin icrasına başlayacaq. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutacaq layihənin əsas məqsədi Sumqayıt gənclərinin İnternet texnologiyaları vasitəsi ilə iş axtarılması və CV hazırlanması üçün lazımi bilik və vərdişlərin aşılanmasıdır. Təlim iştirakçıları şəxsi iş axtarma strategiyasının qurulması, şəxsi peşəkarlığın və arzu olunan karyeranın inkişaf etdirilməsi üçün zəruri olan bacarıqların obyektiv dəyərləndirilməsi, CV və niyyət məktubunun (cover letter) hazırlanması, həmçinin işə götürənə təqdim etmə və bu mövzu ətrafında digər lazımi bacarıqlara yiyələnəcəklər.

Layihə çərçivəsində 240 nəfər gəncə təlim keçirilməsi nəzərdə tutulub. Xüsusilə də uzun müddət karyera imkanı məhdud olan, bu sahədə bilik və təcrübəyə malik olmayan gənclərə üstünlük veriləcək.

Layihənin icrasına gələn həftədən başlanılacaq. Təlimlərdə iştirak etmək istəyən şəxslər İştirak etmək istəyənlər ad, soyad, e-mail və əlaqə nömrəsini yazaraq aşağıdakı e-mail ünvanına göndərə bilərlər.

E-mail: democratic_youth@yahoo.com

ramil.suleymanov@gmail.com

Tel: (050) 523 01 09

Facebook Şərhləndirmə:

Şərhinizi yazın