Menu
Geri İrəli

Sumqayıt gənclərinə karyera inkişafı ilə bağlı təlim keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Noyabr 2013 • Baxış sayı: 187 dəfə • Şərh yoxdur

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi Sumqayıt Tələbələr İttifaqı “Region tələbələrin karyera inkişafı” layihəsi çərçivəsində 24 noyabr tarixində Sumqayıt gənclərinin karyera inkişafı ilə bağlı təlim keçirilib. Təlimdə ali və orta ixtisas tələbələri iştirak edib.

Təlim çərçivəsində gənclər iş axtarma strategiyasının qurulması, şəxsi peşəkarlığın və arzu olunan karyeranın inkişaf etdirilməsi üçün zəruri olan bacarıqların obyektiv dəyərləndirilməsi, CV və niyyət məktubunun hazırlanması haqqında bilik və bacarıqlar barədə məlumat verilib. Eyni zamanda treyninq iştirakçılarına mövzu ilə bağlı  müxtəlif elektron və çap materialları paylanılıb.

seminar5443

Facebook Şərhləndirmə:

Şərhinizi yazın