Menu
Geri İrəli

SUMQAYIT GƏNCLƏRİNİN NÖVBƏTİ ALİ TOPLANTISI KEÇİRİLDİ

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Oktyabr 2011 • Baxış sayı: 260 dəfə • Şərh yoxdur
Share Button

30 sentyabr 2011-ci ildə H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının zalında Sumqayıt Gənclərinin VI Konfransı keçirilmişdir.

Tədbirdən öncə Konfrans nümayəndələrinin bir qrupu Ümummilli Lider Heydər Əliyevin şəhərdəki abidəsini və “Şəhidlər Xiyabanı”nı dərin ehtiramla ziyarət etmişlər.

“Sumqayit gəncləri 2006-2010-cu illərdə” adlı sənədli film nümayiş etdirildikdən sonra Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov Sumqayıt gənclərinin növbəti ali toplantısını açıq elan etmişdir. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Toplantının gündəliyi, işçi orqanların tərkibi təsdiq edildikdən sonra Baş İdarəsinin rəisi Musa Həsənov hesabat məruzəsilə çıxış etmişdir. Hesabat məruzsəində sonuncu Konfransdan ötən müddət ərzində görülmüş işlər təhlil edilmişdir. O, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının gəncərin fəallığının artıtılmasında böyük rol oynadığını vurğulamışdır.

Məruzə ətrafında İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin məzunu, tibb elmləri namizədi Səid Allahverdiyev, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri Ülvi Məmmədov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi nəzdində Qarabağ Tədqiqatları Mərkəzinin sədri Seymur Bayramov, “Cökəli” firmasının direktoru gənc sahibkar Sevinc Quliyeva, Səhiyyə Şöbəsi nəzdində Gənc Təbiblər Şurasının sədri Məhəmməd Qiyai, “Sağlam Düşüncə” Gənclər Təşkilatının sədri Tofiq Sadıxov, voleybol üzrə gənclər arasında Avropa birinciliyinin qalibi Bəyaz Alıyeva çıxış etmişlər. Çıxşlarda gənclərin əldə etdiyi uğurların dövlət və şəhər rəhbərliyinin onlara mütəmadi diqqət və qayğısı sayəsində mümkün olduğu xüsusilə vurğulanmış, minnətdarlıq ifadə olunnmuşdur.

Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov gənclərə öz ağsaqqal tövsiyyələrini vermiş, onlara xeyir-dualarını, xoş arzularını bildirmişdir.

Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov, şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyev çıxış edərək qarşıda duran vəzifələri nəzərə çatdırmışlar.

Sonra Sumqayıt şəhərindən Azərbaycan Gənclərinin VI Forumuna nümayəndələr seçilmiş, Konfransın tövsiyyələri qəbul edilmişdir.

Konfrans nümayəndələri adından Aəzrbycan Respubliksının Prezidenti zati-aliləri cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.

Həmin gün “Park” restoranında Konfrans nümayəndələrinin şərəfinə “Gələcək gənclərindir!” adlı konsert proqramı təşkil edilmişdir.

Sumqayıt şəhər Gənclər və idman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri,  Rüstəm Sadıqzadə

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın