Menu
Geri İrəli

SUMQAYIT GƏNCLƏRİNİN RƏYİNİ ÖYRƏNƏN YENİ TƏŞKİLAT YARADILDI

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Mart 2011 • Baxış sayı: 348 dəfə • 1 şərh

12 mart 2011-ci il tarixində Sumqayıt İnformasiya Texnologiyaları Akademiyasının akt zalında yeni bir gənclər təşkilatının təqdimatı keçirildi.

Gənclərin Rəyi Elmi Araşdırmalar  Mərkəzi İctimai Birliyinin mətbuat katibi Orxan Səlimov  sumqayitxeber.com saytına açıqlamasında bildirmişdir ki, Gənclərin Rəyi” Elmi Araşdırma Mərkəzi İctimai Birliyi kimi adlanacaq yeni təşkilat Sumqayıt şəhərində gənclərin rəyini öyrənmək, siyasi təhlil sənədlərini (policy paper) hazırlamaq, beyin komandası formalaşdırmaq,  gənclərin elmi bacarıqlarının artırılması və müxtəlif məsələlər üzrə elmi araşdırmaların həyata keçirməsini nəzərdə tutur. Bunu təqdimat mərasimində birliyin təsisçiləri Elçin Kazımov və İsmayıl Kərimov vurğuladı. Təqdimatda çıxış edən Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun müdiri Rüstəm Sadıqzadə qurulan təşkilatın fəaliyyət istiqaməti baxımından digər təşkilatlardan fərqləndiyi qeyd edərək qısa zamanda uğurlar əldə edəcyinə inandığını qeyd etdi. Təqdimat mərasımındə çıxış edən İsmayıl Kərimov müasir dövrdə QHT sektorunda informasiyanın və ictimai rəyin əhəmiyyətini vurğulayaraq həyata keçirilən layihələrin effektivliyinin analiz edilmiş ictimai rəydən asılı olduğunu tədbir iştirakçılarına çatdırdı. O, təşkilatın yaranma zərurəti, prinsiplərindən və təşkilatın gələcək fəaliyyət və planlarını iştirakçılara çatdırıraq təşkilatın sosioloji sorğularla yanaşı qeyri-formal təhsil sahəsində də yeniliklər edəcəyini qeyd etdi. Təqdimatdan sonra təşkilatın gələcək fəaliyyəti ilə bağlı iştirakçıların suallarını təşkilatın qurucu üzvləri Elçin Kazımov, İsmayıl Kərimov, Faiq Nuriyev, Orxan Səlimov və Zaur Ağazadə cavablandırdı və tədbir iştirakçıları arasında müzakirələr aparıldı. Sonda tədbir iştirakçıları təşkilatın fəaliyyətinə uğurlar arzuladı.

Facebook Şərhləndirmə:

“SUMQAYIT GƏNCLƏRİNİN RƏYİNİ ÖYRƏNƏN YENİ TƏŞKİLAT YARADILDI” yazısına bir cavab

  1. S.Huseynova deyir:

    Çox ümidvaram ki,bu təşkilat formal xarakter daşıyıb,şablon tədbirlər təşkilinə deyil,Sumqayıt gənclərinin konkret problemlərinin həlli və potensialinin aşkarlanmasına xidmət edəcək.Bu yolda hər kəsə uğurlar!Təçkilatın saytı və ya facebook sehifesi haqda melumat versəniz çox sevinərdik

Şərhinizi yazın