Menu
Geri İrəli

Sumqayıt gəncləri Elif Şəfəqin “Eşq” əsərini müzakirə etdilər

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Yanvar 2014 • Baxış sayı: 763 dəfə • Şərh yoxdur

İnsan Hüquqlarının Tədrisi Üzrə Resurs Və Təlim Mərkəzinin Ədəbiyyat Klubu bu dəfə ədəbiyyatsevərlərin görüşünə türk yazarı Elif Şəfəqin “Eşq” əsəri ilə gəldi.

740904

Tədbiri tədbirin təşkilatçılarından olan, gənc yazar Aydın Şahid açaraq gələn qonaqları salamlamış və ədəbiyyat klubun fəaliyyəti haqqında qısaca məlumat verib. Daha sonra tədbirin digər təşkilatçısı, ədəbiyyat klubunun rəhbəri Nigar Nəsiminin moderatorluğu ilə birbaş əsərlə bağlı mövzuların müzakirəsi keçirilib. Müzakirədə boşanma və boşanmaların arxasında dayanan səbəblərə də toxunulmuşdur. Müzakirədə iştirak edən orta yaşın nümayəndələri gənclərə ailə həyatı qurarkən etdikləri seçimlərlə bağlı öz töhfələrini də veriblər. Tədbirin ən maraqlı və yadda qalan məqamlarından biri də iştirakçıların komandalara bölünüb sevgini, eşqi bir sözlə ifadə etmələri və sevgiyə düstur vermələri olub. Lakin “Sevginin düsturu varmı” qərarı hər kəsin öz ixtiyarına buraxılıb. Tədbiri ədəbiyyat klubun rəhbəri Nigar Nəsimi elə Elif Şafakın sözləri ilə yekunlaşdırıb. “Eşqin heç bir əlamətə və təyinə ehtiyacı yoxdur. Azad dünyadı eşq. Ya düz ortasında – mərkəzindəsən, ya da ki eşiyində – həsrətində”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın