Menu
Geri İrəli

Sumqayıt gəncləri narkomaniyaya yox deyir

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Fevral 2014 • Baxış sayı: 394 dəfə • Şərh yoxdur

narkomaniyaSumqayıt şəhər İcra Hakimiyyətinin başçısının təşəbbüsü ilə Ağsaqqallar Şurası, Gənclər və İdman Baş İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 20 fevral 2014-cü il tarixində Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının binasında “Sumqayıt Gəncləri Narkomaniyaya Yox! Deyir” devizi altında maarifləndirici xarakterli dəyirmi masa keçirilmişdir.

Dəyirmi masada Sumqayıt şəhər hüquq mühafizə orqanlarının əməkdaşları, şəhər təhsil və səhiyyə şöbəsinin, ictimai təşkilatların və tələbə gənclər təşkilatlarının nümayəndələri, ali, orta-ixtisas və ümumtəhsil məktəblərinin müəllim, tələbə, şagird kollektivi iştirak etmişlər.

Şəhər Ağsaqallar  Şurasının sədri Müzəffər Gülümov tədbiri açıq elan edərək, tədbirin keçirilməsinin məqsədi barədə geniş məlumat vermişdir.

Sonra Gənclər və İdman Baş İdarəsinin hazırladığı “Narkomaniya – cəmiyyətin bəlasıdır” adlı film nümayiş etdirilmişdir.

Sumqayıt şəhər ruhi-əsəb xəstəlikləri Disponserinin baş həkimi Mayıl Tağıyev, Polis İdarəsinin əməkdaşı İslam Məlikov, Təhsil Şöbəsinin müdiri əvəzi Vaqif Ələkbərov,Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov, Gənc Təbiblər şurasının sədri Gülbacı Məmmədova şəhərdə narkomaniya əlehinə keçirilən tədbirlər barədə, gənclərə və yeniyetmələrə narkomanların taleyi, narkomaniyanın fəsadları və nəticələri haqqında, ondan qorunmağın yolları, şəhərdə bu dəhşətli bəla ilə mübarizdə görülən işlər barədə məlumat vermişlər.

Sonda qərara alınmışdırki, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlılığı təmin olsun.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın