Menu
Geri İrəli

Sumqayıt gəncləri Xocalı faciəsinə həsr olunmuş tədbir keçirdi

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Fevral 2014 • Baxış sayı: 575 dəfə • Şərh yoxdur

sumqayit_xocali_10Yeni Azərbaycan Partiyasının (YAP) Sumqayıt şəhər təşkilatının Gənclər Birliyi Xocalı faciəsinə həsr olunmuş xatirə tədbiri keçirib.

YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin təşəbbüsü ilə keçirilən tədbirdə Sumqayıt Gənclər İdman Baş idarəsinin rəisi Musa Həsənov, YAP Sumqayıt şəhər təşkilatının gənclərlə iş üzrə sədr müavini Elmar Xəlilov, YAP Sumqayıt şəhər təşkilatı İdarə heyətinin üzvü Ceyhun Məmmədov, YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri Elmar Məmmədov və Sumqayıt şəhərinin bir sıra idarə və müəssisələrində çalışan və hakim partiyanın işində fəallıq göstərən gənclər iştirak ediblər.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri E.Məmmədov ermənilər tərəfindən Azərbaycana qarşı törədilmiş terrorçuluq əməlləri və insanlığa qarşı cinayət olan Xocalı faciəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. “Xocalıya ədalət” kampaniyası çərçivəsində il ərzində silsilə tədbirlərin davam etdiriləcəyini bildirib və sənədli film nümayiş olunub.

Məruzə üçün söz YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri E.Məmmədova verilib. O, çıxışında bildirib ki, Azərbaycan xalqının soyqırıma məruz qaldığını dünyanın hər tərəfində yaşayan insanlara daha geniş şəkildə çatdırmaq və bütün dünyanın Xocalı soyqrımını bilməsi üçün hər yerdə konfranslar və tədbirlər təşkil edilir. E.Məmmədov gəncləri tariximizə sahib çıxmağa, sosial şəbəkədə, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılmasının vacibliyini qeyd edib.

Çıxış üçün söz YAP Sumqayıt şəhər təşkilatı İdarə heyətinin üzvü, GİBİ rəisi M.Həsənova verilib. O, çıxış edərək tədbir iştirakçılarına faktlar əsasında ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırım, etnik təmizləmə, vandalizm, əsir, girov və itkinlərlə bağlı həqiqətləri çatdırıb. Xocalı soyqırımını 20-ci əsrin ən böyük vəhşiliklərindən və hərbi cinayətlərindən birincisi adlandırıb. M.Həsənova bildirib ki, soyıqırmın dünyada rəsmən tanıdılması üçün işlərin genişləndirilməsi və sürətləndirilməsi vacibdir.

Daha sonra YAP Sumqayıt şəhər təşkilatının şöbə müdiri Vəzirxan Ənsərov, YAP Sumqayıt GB üzvləri Elvin Məmmədzadə, Gülbacı Məmmədzadə, Amal Əsgərov, Pərzad İsmayılova Xocalı soyqırımının 20-ci əsrdə insanlığa qarşı törədilmiş ən qəddar və ən dəhşətli cinayətlətlərdən danışıblar.

Yekun söz YAP Sumqayıt şəhər təşkilatının gənclərlə iş üzrə sədr müavini E.Xəlilova verilib. O, ermənilərin 21 il əvvəl dinc azərbaycanlılara qarşı qətliam törətdiklərini, Xocalı faciəsinin insanlığa qarşı edilmiş bir cinayət olduğunu və bu cinayəti törədənlərin ədalət qarşısında cavab vermələrinin vacibliyini qeyd etmiş, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirin sonunda “Xocalıya ədalət” adı altında fləşmob keçirilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın