Menu
Geri İrəli

Sumqayıt gənclərinə ictimai vəkillik mövzusunda təlim keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Avqust 2014 • Baxış sayı: 498 dəfə • Şərh yoxdur

Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə “Sumqayıt Bələdiyyəsinin Məhəllə Komitələrində Gənclərin İştirakının Artırılması” layihəsi çərçivəsində 16-17 avqust 2014-cü il tarixində Sumqayıtda  “İctimai Vəkillik (Advokasi)” mövzusunda təlim təşkil edilib.

Təlimi giriş sözü ilə açan layihə üzrə əlaqələndirici İsmayıl Kərimov təlimin məqsədi və iki günlük proqram haqqında məlumat vermişdir. Təlimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Gənclər Fondunun nümayəndəsi Rahim Rəhimov təlimin gedişatı haqqında təəssüratlarını bölüşərək iştirakçılara uğurlar arzuladı.

İki günlük təlimdə təlimçi Günel Səfərova təlim iştirakçılarına advokasi anlayışı, məqsədi, onun mərhələlələri, uğurlu advokasi prosesində problemin təhlili, hədəf auditoriyanın seçilməsi, mesajların ötürülməsi, kampaniyalarda istifadə olunacaq strategiya və taktikanın müəyyən edilməsi advokasinin digər mərhələləri interaktiv metodla iştirakçılara çatdırılmışdır. Təlimdə gənclər qrup işləri vasitəsi ilə advokasi ilə bağlı praktiki bacarıqlar aşılandı. Təlimin sonunda ümumi qiymətləndirmə aparıldı və təlimin təşkilatçıları ilə gələcək planlar müəyyənləşdirildi.

81369 739796

Facebook Şərhləndirmə:

Şərhinizi yazın