Menu
Geri İrəli

Sumqayıt gənclərinə “strateji planlaşdırma” və “fandreyzinq” mövzusunda təlimlər keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Dekabr 2013 • Baxış sayı: 406 dəfə • Şərh yoxdur

IMG_447921-22 dekabr 2013-cü ildə Sumqayıt şəhərində yerləşən “Park” Restoranda Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Sumqayıt şəhərində fəal gənclər və effektiv bələdiyyə xidmətləri” layihəsi çərçivəsində “strateji planlaşdırma” və “fandreyzinq” mövzusunda növbəti təlimlər təşkil edilmiş və bununla da təlimlərə yekun vurulmuşdur. Strateji planlaşdırma təlimində  bələdiyyələrdə strateji planlaşdırmada missiyanın, məqsədi, vəzifənin müəyyən edilməsi, SWOT təhlili, fəaliyyətlərin planlaşdırılması mərhələləri praktiki işlərlə təlim iştirakçlarına aşılandı. 22 dekabr 2013-cü ildə isə fandreyzinq təlimində vətəndaş cəmiyyət strukturlarında maliyyə planlaşdırılması, maliyyələşmə növləri-qrantlar, ianələr, üzvlük haqqları, sosial sahibkarlıq və digər maliyyələşmə növləri və onları əldə etmə ilə bağlı strategiya praktiki işlərlə təlim iştirakçılarına çatdırıldı. Bununla da layihə çərçivəsində nəzərdə tutulan təlimləər yekun vurulmuşdur. Yanvar ayında təlim iştirakçıları təlimlərdən əldə etdikləri bilik və bacarıqlardan istifadə edərək Sumqayıt bələdiyyəsinin gənclərlə bağlı fəaliyyətləri üçün müxtəlif layihə təklifləri və fəaliyyətləri hazırlayıb müvafiq quruma təqdim edəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın