Menu
Geri İrəli

Sumqayıt gənclərinə təlim keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Sentyabr 2014 • Baxış sayı: 491 dəfə • Şərh yoxdur
Share Button

225_b84pKdm3E1tA
Sumqayıtda Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Sumqayıt bələdiyyəsinin məhəllə komitələrində gənclərin iştirakının artırılması” layihəsi çərçivəsində 25 nəfər ictimai fəal gənclərə “yerli özünüidarəetmə orqanları” və “gənclərin yerli özünüidarəetmə orqanlarında iştirakı” mövzusunda təlimlər keçirilmişdir.

 Təlimlərdə yerli özünüidarəetmə anlayışı, onların funksiyaları, maliyyələşmə mənbələri və imkanları, digər ölkələrdə və respublikanın digər şəhərlərində bələdiyyə təcrübəsi, habelə dövlət idarəçilik sistemində bələdiyyənin yeri və rolu haqqında məlumat verilmişdir. İkinci təlimdə isə gənclərin qəraralma proseslərində iştirak formaları haqqında məlumat verilərək ölkəmizdə təcrübələrdən, xüsusi ilə “Azərbaycan Gəncləri 2011-2015-ci illərdə”

Dövlət Proqramının qəbulu prosesində gənclərin mövqe və ehtiyaclarının nəzərə alınması məsələsi xüsusi vurğulanmışdır. Təlim iştirakçılarına iştirak formalarından forum, ictimai şuralar və qərarvermə proseslərinə təsir imkanlarının digər formaları haqqında məlumat verilmiş, habelə Yerli Özünüidarəetmə Orqanlarında gənclərin iştirakı ilə bağlı Avropa Şurasının Xartiyası, Krakov bəyannaməsinin mahiyyəti haqqında məlumat verilərək yerli idarəçilikdə gənclər siyasətinin müəyyən edilməsində gənclər təşkilatları və icmaları ilə yerli idarəçiliyin əməkdaşlığı, gəncləri narahat edən məşğulluq, səhiyyə, təhsil və digər məsələlərin həllində alınan qərarlarda onların rəy və tələbatlarının nəzərə alınmasının vacibliyi vurğulanmışdır. Təlimdə qeyd edilmişdir ki, “hər şey gənclər üçündürsə gənclərin iştirakı ilə olmalıdır” prinsipi gənclərin iştirakı üçün əsas ideyadır.
Təlimdə Sumqayıt şəhər Bələdiyyəsinin komissiya sədri Akif Kərimov Sumqayıt bələdiyyəsinin fəaliyyəti, gələcək perspektivləri və problemləri haqqında iştirakçılara ətraflı məlumat vermiş, daha sonra isə gənclərin bələdiyyənin fəaliyyəti və gələcək planları ilə bağlı rəyləri, təklifləri və iradları ətrafında müzakirələr aparılmışdır. Bununla da layihə çərçivəsində nəzərdə tutulan təlimlər yekunlaşmışdır. Təlimin ikinci günündə iştirakçılarla birgə layihənin nəticələri qiymətləndirilmiş, iştirakçılara sertifikat və təlim materialları təqdim edilmişdir. Layihə çərçivəsində nəzərdə tutulan “Yerli özünüidarəetmə orqanları və gənclərin iştirakı mövzusunda” 350 nüsxə kitabın yaxın zamanda hazır olacağı iştirakçılara bildirilmişdir.
450_e93bYk1j2X3q

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın