Menu
Geri İrəli

Sumqayıt Hərbi Prokurorluğu əsgərin ölüm faktını araşdırır

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Aprel 2013 • Baxış sayı: 324 dəfə • Şərh yoxdur
Share Button

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun ölümü ilə bağlı cinayət işi başlanıb. Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgərinin ölümü ilə əlaqədar Sumqayıt Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, aprelin 20-də gecə saat 00.35 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, 1994-cü il təvəllüdlü, 2013-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhərinin Kəpəz rayon şöbəsindən hərbi xidmətə çağırılmış Quliyev Emin İlqar oğlu ona təhkim olunmuş avtomat silahdan açılan atəş nəticəsində ölüb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın