Menu
Geri İrəli

Sumqayıt hadisələrinə aid yeni kitab işıq üzü gördü

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Sentyabr 2010 • Baxış sayı: 194 dəfə • Şərh yoxdur

Kitab “Potensial” Sumqayıt Mütəxəssisləri Birliyinin həyata keçirdiyi layihə çərçivəsində çap olunub

Layihənin rəhbəri Sahib Fərzəliyevin sumqayitxeber.com saytına verdiyi məlumata görə Sumqayıt hadisələrinə həsr olunmuş yeni kitab Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Potensial” Sumqayıt Mütəxəssisləri Birliyinin həyata keçirdiyi “1988-ci il Sumqayıt hadisələri ilə bağlı əsil həqiqətin dünya ictimaiyyətinə çatdırılması” layihəsi çərçivəsində çap olunub.

Eyruz Məmmədovun “Ermənilərin Sumqayıtda qanlı aksiyası” adlı sənədli analitik kitabında 1988-ci il, fevral ayının 28-29-da Sumqayıtda, eləcə də Dağlıq Qarabağ və onun ətrafında baş verən problemlərə, ictimai-siyasi proseslərə toxunulur.

Müəllif tarixi faktlara istinad edərək SSRİ-nin dövründə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin və siyasi Bürosunun bir sıra üzvlərindən, Rusiyanın ayrı-ayrı demokratlarından apardığı müsahibələrdən belə nəticəyə gəlir ki, Azərbaycan- Ermənistan konflikti qabaqcadan düşünülmüş və planlaşdırılmış bir aksiya idi. Müəllif kitabda Dağlıq Qarabağla bağlı bir sıra qaranlıq mətləblərə də aydınlıq gətirməyə çalışmışdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın