Menu
Geri İrəli

Sumqayıt hadisələri ilə bağlı dəyirmi masa keçirilib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Mart 2017 • Baxış sayı: 710 dəfə • Şərh yoxdur

Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər gənclər və idman baş idarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 1988-ci ilin fevralında Sumqayıtda ermənilər tərəfindən törədilmiş hadisələrə həsr olunmuş “dəyirmi masa” keçirilib.

Şəhərin müxtəlif sahələrini təmsil edən gənclər təşkilatları, ictiami-fəal gənclərin iştirakı ilə keçirilən tədbirdə Sumqayıt Bələdiyyəsinin sədr müavini Musa Həsənov, şair-publisisit Əvəz Mahmud Lələdağ, Sumqayıt şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Eyvaz Qocayev, Sumqayıt şəhər Gənclər və İdman İdarəsinin rəis əvəzi Mübariz Bəşirov, Heydər Əliyev Mərkəzinin direktoru Aygün Zülfüqarlı mövzu ətrafında çıxış etmişlər.

“Dəyirmi masa”da 1988-ci ilin fevralında Sumqayıt şəhərində ermənilər tərəfindən törədilmiş hadisələrə nəzər yetirilmiş, hadisələrin keçmiş Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovun dəstəyilə ermənilər tərəfindən xüsusi ssenari üzrə törədildiyi nəzərə çatdırılmışdır.

Vurğulanıb ki, Sumqayıtdakı hadisələrin təşkilatçıları ermənilər olmuşdur. Həmin hadisənin baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb. 6 nəfərin qətlində iştirak etmiş milliyyətcə erməni Eduard Qriqoryanın məsuliyyətdən azad edilməsi üçün erməni millətçi təşkilatları çox çalışmışlar. Bu qədər cinayət törətməsinə baxmayaraq, Qriqoryan Ermənistana göndərilmiş, sonra da azadlığa buraxılmışdır.

Çıxışçılar qeyd edib ki, hadisələrin icracılarından ən fəalının 1959-cu ildə anadan olmuş Eduard Robertoviç Qriqoryan adında erməninin olması hadisədən 10 gün əvvəl Sumqayıtın bütün əmanət kassalarından ermənilərin öz əmanətlərini kütləvi şəkildə götürmələri, qırğınların videolentə alınması üçün erməni operatorlarının əvvəlcədən hadisələrin planlı şəkildə törədiləcəyi yerlərdə özlərinə xəlvəti çəkiliş mövqeyi seçmələri, iki gündən sonra həmin lentlərin montaj edilib bütün dünyanı dolaşdırılması, “Sumqayıt qurbanları”nın xatirəsini “əbədiləşdirmək” üçün əvvəlcədən hazırlanmış abidənin dərhal Xankəndində qoyulması və bu kimi faktlar sübut edir ki, bütün bunlar erməniləri, eləcə də dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı ayağa qaldırmaq, onun “vəhşi” obrazını yaratmaq məqsədini güdmüşdür.

DSC_0091
DSC_0098 DSC_0100 DSC_0107
DSC_0109 DSC_0117 DSC_0124 DSC_0127 DSC_0137 DSC_0139 DSC_0147
DSC_0166 DSC_0167
DSC_0171 DSC_0177 DSC_0178

DSC_0108

DSC_0156

DSC_0169

DSC_0094

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın