Menu
Geri İrəli

“Sumqayıt hadisələrinin araşdırılması zamanı bir çox qüsurlara yol verilib”

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Fevral 2014 • Baxış sayı: 245 dəfə • Şərh yoxdur

XIN-bina-yeni

“Sumqayıt hadisələrinin araşdırılması zamanı SSRİ Baş Prokurorluğu tərəfindən aparılan istintaq prosesi çərçivəsində bir çox qüsurlara yol verilib”. Lent.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin şöbə müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan Baş Prokurorluğu tərəfindən yeni istintaq tədbirləri görülüb, istintaq hərəkətləri həyata keçirilib. Onun nəticəsində bir çox qaranlıq məqamların tamamilə açıldığını deyən şöbə müdiri vurğulayıb ki, Sumqayıt hadisələri Azərbaycanın Qarabağ savaşının tərkib hissəsi olaraq uzun müddətli strategiya çərçivəsində öyrənilməlidir: “Bu sahədə alimlər 26 ildən artıqdır ki, fəaliyyət göstərirlər və işlər bundan sonra da davam edəcək. Bizim qarşımızda hələ böyük bir yol durur. Ona görə də qarşıdakı yolda bir çox təkliflərlə çıxış etmək istərdim. Belə ki, bu gün təqdimatı keçirilən kitabda bütün hüquqi sənədlər və istintaq materialları verilib. Lakin hüquqi sənədlər və istintaq materialları bir qədər üslub və tərtibat baxımından çətin sənədlərdir. Ona görə də bu sənədlərin analitik və müqayisəli təhlili verilsəydi, oxucu üçün daha aydın olardı”.

XİN rəsmisi qeyd edib ki, Azərbaycan xalqı öz tarixindən heç bir zaman utanmayıb, bizim fəxarətli bir tariximiz var. Sumqayıt hadisələri ilə əlaqədar hüquqi sənədlər də sübut edir ki, biz utanmırıq və əlimizdə əsaslar var: “Əsərdə erməni arqumentlərinə də yol verilsəydi, pis olmazdı. Etiraf etməliyik ki, ermənilər də intensiv şəkildə Sumqayıtla əlaqədar bir sıra tədbirlərə əl atırlar. Bu əsasda erməni arqumentlərinin addım-addım, fakt-fakt təkzib edilməsi onların mahiyyətsiz olduğunun sübut edilməsi çox faydalı olardı”.
 

 

 

Hikmət Hacıyev vurğulayıb ki, SSRİ Baş Prokurorluğu tərəfindən Sumqayıt hadisələrinin araşdırılması üçün 230 nəfərdən ibarət istintaq qrupu təşkil olunmuşdu. O istintaq qrupunun üzvlərinin əksəriyyəti bu gün keçmiş SSRİ məkanında təqaüddə olan istintaqçılar və hüquq-mühafizə orqanları əməkdaşlarıdırlar: “Kitabda onlarla da istintaq xarakterli deyil, elmi və jurnalist xarakterli müsahibələrin təşkil edilməsi faydalı olardı. Onlar təqaüddə olan insan kimi də açıq şəkildə danışa bilərdilər. Mən əminəm ki, bu işdə Baş Prokurorluq digər ölkələrlə mövcud əməkdaşlığı çərçivəsində bu işi təşkil edə bilər. Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəliklər bu kontaktların yaradılmasında öz funksiyalarını yerinə yetirmiş olarlar”.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın