Menu
Geri İrəli

Sumqayıt I Beynəlxalq Çörək Festivalında – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Oktyabr 2016 • Baxış sayı: 2,065 dəfə • Şərh yoxdur

Oktyabrın 20-də Beynəlxalq Kulinariya Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Milli Kulinariya Mərkəzi və Milli Kulinarlar Assosiasiyasının təşkilatçılığı ilə Bakıda ilk dəfə I Beynəlxalq Çörək Festivalı keçirilib.

Tədbirə Azərbaycanın 24 şəhər və rayonu ilə yanaşı, Türkiyə, Özbəkistan, Qırğızıstan təmsilçiləri də qatılıblar. Festivalda bölgələr və ölkələr üzrə ayrılmış stendlərdə hər bir yer üçün xarakterik olan çörək və çörək məhsulları qonaqlara təqdim edilib. Festivalda Sumqayıt şəhəri də öz stendi ilə  təmsil olunub.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva kulinarları əlamətdar gün münasibətilə təbrik edib.

Beynəlxalq Kulinariya Gününün ölkəmizdə 2007-ci ildən keçirildiyini söyləyən S.Məmmədəliyeva bu il Azərbaycan kulinarlarının 10-cu dəfədir öz peşə bayramlarını qeyd etdiklərini vurğulayıb.

Bildirib ki, milli mətbəx qeyri-maddi mədəni irsin mühüm hissələrindən biridir. Dövlətimiz tərəfindən Azərbaycan qeyri-maddi mədəni irsinin qorunması, inkişafı, təbliği məsələlərinə xüsusi diqqət yetirilir. Bütün bunlar, əlbəttə ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan mədəniyyətinin ən yüksək səviyyədə dəstəklənməsi üçün qoymuş olduğu ənənələrin davamıdır. Prezident İlham Əliyev, Azərbaycan birinci xanımı Mehriban Əliyeva mədəni irsimizin, o cümlədən milli mətbəximizin qorunması və təbliği işinə böyük diqqət və qayğı ilə yanaşırlar. Ölkə xaricində təşkil olunan mədəni tədbirlərdə Azərbaycan kulinariyasının nümunələri mütləq şəkildə nümayiş etdirilir.

Nazir müavini dərin köklərə, qədim tarixə malik Azərbaycan mətbəx mədəniyyətinin hərtərəfli tədqiqi və dünyada tanıdılmasında Azərbaycan Milli Kulinariya Mərkəzinin, Milli Kulinarlar Assosiasiyasının fəaliyyətinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qeyd edilib ki, bu gün ilk dəfə olaraq keçirilən festivalda respublikanın bölgələrinə və bir sıra xarici ölkələrə xas müxtəlif çeşidli çörək növləri və onların hazırlanması qaydaları təqdim edilir. Festivalın keçirilməsi əsrlər boyu formalaşmış kulinariya mədəniyyətimizin öyrənilməsi və təbliğinə, o cümlədən gələcək nəsillərə çatdırılmasına öz töhfəsini verəcəkdir.

S.Məmmədəliyeva deyib: “Turizm bazarının formalaşmasında kulinariya ənənələri əhəmiyyətli rol oynayır, hər bir ölkənin milli mətbəxi turistlərin diqqət mərkəzində olur. Tövsiyə edərdik ki, milli mətbəximizi nümayiş etdirən tədbirlər turistlərin çox olduğu yerlərdə, mərkəzi meydanlarda keçirilsin. Azərbaycanda qastronomik turizmin inkişafı üçün xarici yemək yazarlarının, bloqerlərin cəlb edilməsi, onların kulinariya ilə bağlı festivallara, müxtəlif regionlara mətbəx turlarına dəvət olunması müsbət nəticə verə bilər. Azərbaycanın mətbəxi və görməli yerləri haqqında təəssüratların sosial şəbəkələrdə, jurnal və qəzetlərdə işıqlandırılması, daha geniş auditoriyaya çıxışı və ölkəmizə marağın artması deməkdir”.

UNESCO-nun ənənəvi qida Komitəsinin sədri Tahir Əmiraslanov Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən bir il ərzində görülmüş işlərin hesabatını verib. Diqqətə çatdırıb ki, il ərzində qurum tərəfindən 15 böyük tədbir təşkil olunub. Qurum 25 yerli və 12 xarici tədbirdə iştirak edib. Altı beynəlxalq və bir yerli festival təşkil olunub. Kulinariyaya aid 3 kitab nəşr edilib. Kulinariya sahəsində fəaliyyət göstərən bir sıra insanlar mükafatlara və fəxri adlara layiq görülüblər. Hazırda Azərbaycan Milli Kulinariya Mərkəzinin, Milli Kulinarlar Assosiasiyasının dəstəyi ilə xaricdə tələbələr oxuyur.

Milli Məclisin deputatları Qənirə Paşayeva və Ülviyyə Ağayeva çıxış edərək qədim zamanlardan elin sərvəti, bolluq və bərəkət rəmzi sayılan çörəyə Azərbaycanda xüsusi münasibət olduğunu söyləyiblər. Ölkəmizdə keçirilən beynəlxalq səviyyəli tədbirlərində milli mətbəximiz təbliğ olunur. Onlar festivalın keçirilməsini və Kulinariya Mərkəzinin fəaliyyətini yüksək qiymətləndiriblər.

Milli mətbəximizin təbliğində xüsusi roluna görə Natəvan Makili-Əliyevaya Azərbaycan Milli Mətbəx səfiri diplomu təqdim olunub.

Sonra festivalda iştirak edənlərə diplomlar verilib. Tədbirdə, həmçinin milli mətbəxin təbliğində fəal iştirak etmiş aşpazlara, kulinariyanın inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə media nümayəndələrinə, şirkətlərə diplomlar təqdim olunub.

14769660522365935014_1000x669

14769531205535457165_1000x669

14769531201592056258_1000x669

14732258_1710732132579932_2993251733054300888_n

14718763_1710731932579952_5077685744826756380_n

14721511_1710724529247359_57767712130039970_n

14705913_1710731672579978_5807427983948433014_n

Özbəkistan səfiri Sumqayıt pavilyonunda14725536_1710725609247251_5715565083277978786_n

İran səfiri Sumqayıt pavilyonunda

14713555_1710731285913350_1838008760198676768_n

14713805_1710724359247376_3108943762434244576_n

14666298_1710725599247252_6752709640873395078_n

Serbiya səfiri Sumqayıt pavilyonunda14671145_1710725602580585_3723653345260734988_n

Kareya səfiri Sumqayıt pavilyonunda14670689_1710731815913297_1954260102874662964_n

14666298_1710725599247252_6752709640873395078_n

14639859_1710724255914053_7738545799554496260_n

14639609_1710731729246639_2913012461855914646_n

14601096_1710724432580702_538422744288956433_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın