Menu
Geri İrəli

Sumqayıt icra hakimiyyəti: “Kimsə ora bir kibrit atsa, ora yanıb kül olacaqdı” -”Şərq bazarı”na dair AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 20 May 2017 • Baxış sayı: 2,311 dəfə • 18 şərh
Share Button

 Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən “Şərq bazarı” ərazisində abadlaşdırma işlərində başlanılıb.

 Bu barədə APA-ya orada dükanları olan sahibkarlar bildiriblər.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul nümayəndəsi Eyvaz Qocayev APA-ya bildirib ki, “Şərq bazarı” ərazisində antisanitar vəziyyət hökm sürür: “25 ildir, orada  abadlıq işləri görülməyib. Yolun ortasında meyvə, tərəvəz satırdılar. Çox bərbad vəziyyətdə idi. Abadlıq işləri aparmaq üçün sahibkarlarla danışıqlar aparıldı ki, ərazidə qeyri-qanuni, kustar formada nə varsa, təmizlənsin, yerində müasir bir ticarət mərkəzi tikilsin. Son vaxtlar Sumqayıtda böyük abadlıq, quruculuq işləri aparılır. Aparılan bu işlərin fonunda şəhərin mərkəzində, bərbad vəziyyətdə olan “Şərq bazarı” Sumqayıta bir yamaq idi. Sahibkarlarla danışıqlar aparılıb, kimin orada çıxarışı, qanuni sənədi var, yeni ticarət mərkəzi tikilib istifadəyə verilən zaman həmin sahibkarlar ticarət mərkəzində daha böyük yerlə təmin olunacaq. Bununla bağlı sahibkarlara yazılı zəmanət də veriləcək. Heç bir narahatlıq olmasın. Orada heç kimin mülkiyyəti əlindən alınmır, qanuni şəkildə onlara zəmanət veriləcək”.

 E. Qocayev qeyd edib ki, əslində sahibkarlar özləri aparılan abadlıq işlərində maraqlı olmalıdırlar: “İstəyirik ki, ərazidə müasir ticarət mərkəzi olsun. Bu gün isə sadəcə, bazarın arxasında kustar formada çadırlar açıb, paltar satılan yerlər var, orada təmizlik işləri aparılır. Kimsə ora bir kibrit atsa, ora yanıb kül olacaqdı. Həmin sahibkarlar yeni tikiləcək ticarət mərkəzində yerlə təmin olunacaqlar”.

 sumqayitxeber.com ərazidən fotoları təqdim edir:

SAM_1145 SAM_1146 SAM_1153 SAM_1158 SAM_1159 SAM_1162 SAM_1173 SAM_1174 SAM_1177 SAM_1181

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıt icra hakimiyyəti: “Kimsə ora bir kibrit atsa, ora yanıb kül olacaqdı” -”Şərq bazarı”na dair AÇIQLAMA” yazısına 18 cavab

  1. Azerioglu deyir:

    Men sumqayitda her sokulen yere heyifslenirdim ureyim agryirdi..amma bu yegane yerdi ki nsokulmeyine sevindim..bir sertleki orda iwciler agibetin yaxwi olacagsa

  2. Zaur deyir:

    çox acınacaqlı vəziyyət idi oralarda, bir yandan ictimayi nəqliyyat digər yandan da yağış sonrada tozlu küləkli.

  3. Samire Xelilova deyir:

    Mən Sumqayitda yaşasam da bir defe de olsa Şərq bazaridan nese aliş veriş etmemişəm. Ancaq 7 nomre ordan kecənde texmini gormusem ki çox seliqesiz bazardi.

  4. Senan Gafarov deyir:

    Sumqayıtı səliqəyə salmaq lazımdı başqa heçnə.Yoxsa Bakı nəvaxtdan şəhər olub.))

  5. Tural Dadasov deyir:

    Yaxsi olardiki hemin eraziye duwen yoluda grnislendirsinler.

  6. Aliya Aliyeva deyir:

    Yolu geniwlendirin orda onsuz da ora yaman gundeydi saticilar da yay qiw eziyyet cekirdi

  7. Elmir Haciyev deyir:

    geciskmis addimdir.evvelden etmeli idiler

  8. Şəhriyar deyir:

    Axirki tilsimler qirildi))şerq bazarininda bexti açildi))

  9. Sevinc İntiqamqizi deyir:

    Çox şükür

  10. Elcin İmanov deyir:

    cox sad oldug axirki bunuda gorecik.

  11. İlqar Heyderov deyir:

    it abrindadi oralar duzekse yaxsi olar

  12. Ferhad deyir:

    Senedleri olanlar yerle temin olunacaqsa eladir. Seherimiz abadlasmalidir

  13. Vasif Narmanov deyir:

    Istenilen sokuntunu qanuni ve ya QANUNSUZ sokuntunu aparmaq ucun mutleq ve mutleq mehkeme qerari lazimdi.
    Mehkeme qerari da, istenilen halda orada calisan insanlara onlari razi salacaq qeder mohlet vaxti vermelidir.
    Burada sohbet vetendasdan gedir. Her bir vetendas ayriliqda bir aile demekdir. Burasini dusundunuzmu?

  14. Perviz deyir:

    Cenab başçı qeyd edib ki, orda mülkiyyəti olan hər kəsin öz mülkü özünə qaytarılacaq tikinti olduqdan sonra. Vasif bəy, məncə orda ciddi problemyoxdur artıq söz verilib, satıcılar da yerləşdiriliblər. Ümid edək ki, tezliklə ora abadlaşacaq

  15. Asif deyir:

    66 sahibkar Zakir müəllimi dəstəkləyir. Rəşid Babayev neçə ildir sahibkarların başına oyun açır, imkan da vermir ki, orda tikinti aparılsın şəhərə layiq işlər görülsün. Zakir müəllim inanırıq ki, oranı müasirləşdirəcək və sahibkarlarımıza dəstək olacaq. Biz Zakir müəllimə inanır və onu dəstəkləyirik.

  16. Sahib deyir:

    Şəhərimizdə çox işlər görülüb və bundan sonra da çox işlər görülməlidir. O ərazidə çox gözəl bir mall tikmək olar. Ticarət mərkəzi. Hansı ki, orda yeri mülkü olan sahibkarlar da orda öz yerləri ilə təmin oluna bilər.4 mərtəbə tikilsə bir mərtəbəsi sahibkarların, digəri də tikən şəxsin.

  17. Pervanə deyir:

    İnanırıq ki, ora da bulvarımız kimi qısa müddətdə tikilərək şəhər sakinlərinin ixtiyarına veriləcək.

  18. Nermine deyir:

    Nehayet ki 26 nomreli marsrutlar da muasir yolun nece olacagini gorecek cox sag olun Zakir muellim

Şərhinizi yazın