Menu
Geri İrəli

Sumqayıt İcra Hakimiyyəti təkzib etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Fevral 2014 • Baxış sayı: 647 dəfə • Şərh yoxdur

Son günlər bəzi kütləvi informasiya vasitələrində Sumqayıt şəhərində 20 Yanvar şəhidləri xatirəsinə ucaldılmış abidənin götürülməsi və onun yerləşdiyi ərazinin satılması ilə bağlı məlumatlar yayılmağa başlayıb. Lakin Press24.az həmin xəbərlərin həqiqət olmadığını öyrənib. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyətindən xəbərin həqiqəti əks etdirmədiyini və müqəddəs abidələrlə bağlı bu cür əsassız məlumatların yayılması ilə bağlı böyük təəssüf hissi keçirildiyi bildirilib: “Bu barədə dəfələrlə kütləvi-informasiya vasitələrində məlumat verilib. Bir daha bildiririk ki, 20 yanvar abidə kompleksi Sumqayıtın şəhidlər xiyabanı qarşısında yaradılacaq. İndiki 20 yanvar abidəsinin yerində isə Xocalı abidəsi ucaldılacaq”.

Qeyd edək ki, hazırda sözügedən abidə kompleksinin layihəsi üzərində iş gedir. Belə ki, yeni 20 Yanvar abidə kompleksi Sumqayıtın Şəhidlər Xiyabanı qarşısında yaradılacaq. Əvvəlki abidənin yerində isə Xocalı abidəsi ucaldılacaq. Hazırda 20 yanvar abidə kompleksinin layihəsi üzərində işlər tamamlanmaq üzrədir.

Xatırladaq ki, sözügedən abidə əslində sovet dövründə 26 Bakı komissarları şərəfinə ucaldılmışdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə layihə üzərində bəzi dəyişilik aparılaraq saxlanılmışdır.

826052

Facebook Şərhləndirmə:

Şərhinizi yazın