Menu
Geri İrəli

Sumqayıt İcra Hakimiyyətindən yas mərasimlərindəki israfçılıqla bağlı yeni AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Sentyabr 2014 • Baxış sayı: 954 dəfə • Şərh yoxdur
Share Button

eldar ezizov2“Yas mərasimlərindəki israfçılıqla bağlı vətəndaşlar tərəfindən İcra Hakimiyyətinə dəfələrlə müraciətlər daxil olub. Belə israfçılıq hallarının qarşısının alınması,  məqsədi ilə İcra Hakimiyyətindən tövsiyə xarakterli qərar qəbul olunub”.

Bunu Modern.az saytına açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun rəhbəri Ayaz İmaməliyev deyib. Onun sözlərinə görə, tövsiyə xarakteri daşıyan bu qərarın qadağa ilə heç bir əlaqəsi yoxdur:

“Bu tövsiyə şifahi halda verilib. Yəni israf hallarına yol verilməsə, daha yaxşı olar. Biz insanlar yas mərasimləri olanda, çətin vəziyyətdə qalmasınlar deyə, onlara tövsiyələr veririk ki, israfa yol verməsinlər”.

A. İmaməliyev deyir ki, bu qərar ictimaiyyətdə çox müsbət qarşılanıb: “Mənzil İstismar Sahəsinin (MİS) əməkdaşları da insanlara bu tövsiyəni çatdırırlar. Bu qadağa deyil. Yas mərasimləri haqqında sərt qadağa qoyulmayıbsa, biz necə qadağalar qoya bilərik? Bu sadəcə bir tövsiyədir və ictimaiyyət tərəfindən də müsbət qarşılanıb”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın