Menu
Geri İrəli

Sumqayıt II Beynəlxalq dolma festivalında birinci oldu – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 17 İyul 2017 • Baxış sayı: 3,138 dəfə • 1 şərh

İyulun 15-də Xaçmazda təşkil olunan II Beynəlxalq dolma festivalına 12 xarici ölkədən və Azərbaycanın 50-yə yaxın rayonundan 500-dən çox iştirakçı qatılıb.

Mədəniyyət və Turizm Nazirliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkil etdiyi festivalda bölgələrimizdə, eləcə də dünyanın bir sıra ölkələrində müxtəlif çeşiddə bişirilən 350 növ dolma sərgilənib.

II Beynəlxalq dolma festivalının qonaqları arasında Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, onların ailə üzvləri, Milli Məclisin deputatları, dövlət rəsmiləri, ictimai xadimlər yer alıb.

Sonra “Çənlibel” istirahət parkında festivalın rəsmi açılış mərasimi keçirilib.

Xaçmaz Rayon İcra Hakimiyyətin başçısı Şəmsəddin Xanbabayev qonaqları salamlayaraq festivalın əhəmiyyətindən danışıb. Bildirilib ki, gündən-günə inkişaf edən ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi ənənəvi hal alıb. Respublikamızın bölgələrinin çiçəklənməsi, abadlaşması imkan verir ki, belə mötəbər tədbirlər rayonlarda da təşkil olunsun. II Beynəlxalq dolma festivalının Xaçmazda yüksək səviyyədə keçirilməsi də buna sübutdur.

Azərbaycan Milli Kulinariya Mərkəzinin sədri Tahir Əmiraslanov isə qeyd edib ki, ötən festivalda 300-ə yaxın dolma növü sərgilənirdisə, bu dəfə nümayiş etdirilən dolma növlərinin sayı 350-yə çatıb. Bildirilib ki, milli kulinariyamız özündə xalqımızın tarixi inanclarının bir çox sirlərini ehtiva edir. Onların tədqiqi kulinariya tariximizin öyrənilməsi və mətbəx mədəniyyətimizin qorunması baxımından əhəmiyyətlidir.

Açılış mərasimindən sonra festivalda sərgilənən dolma növlərinə baxış keçirilib. Qonaqlar təqdim olunan dolma növləri haqqında ətraflı məlumat alaraq, ləziz təamın dadına baxıblar.

Sonda festivalın qalibləri müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.

Festivalda Sumqayıt şəhərini Turan Restoranlar şəbəkəsi təmsil edib. Sumqayıt ən çox dolma çeşidinə görə birinci yerə layiq görülüb.

Eyni Zamanda Sumqayıt festivalda fəal iştirakına görə də diploma layiq görülüb.

Beynəlxalq festivalda İndoneziya, Özbəkistan, Çin, Cənubi Koreya, Türkiyə, Ukrayna, Meksika və başqa ölkələrdən gəlmiş qonaqlar iştirak edib, milli mətbəxlərinin yeməklərini sərgiləyiblər.

 

19554819_1448697275186368_1787408494243489051_n 19884007_1448701768519252_1769320614902474987_n 19894892_1448708738518555_8331399725042420760_n 19905146_1448710011851761_4772166985377209477_n 19989247_1448709998518429_4264509419052433678_n 19989427_1448710008518428_3654627563248294726_n 19989669_1448698845186211_2153045525134076018_n 19989769_1448698995186196_2709280978708706428_n 19990110_1448698495186246_7498781739253955410_n 20031669_1448697585186337_326554112365273375_n 20031779_1448703781852384_5579120101721555637_n 20031828_1448697575186338_5958328888589948574_n 20046318_1448710388518390_4905992063047371701_n 20046749_1448708975185198_3204758960998389259_n 20106333_1448710631851699_8512684267001169787_n 20106521_1448709865185109_1532821426066094893_n 20139756_1448697281853034_6832617823062075696_n 20139962_1448697291853033_4338327559944798529_n

 

Facebook Şərhləndirmə:

“Sumqayıt II Beynəlxalq dolma festivalında birinci oldu – FOTOLAR” yazısına bir cavab

  1. niyazMocuxeli muellim deyir:

    Turan restoraninin iscilerini tebrik edirem.Sumqayitimizi layiqince temsil etdiniz.Niyaz muellim.

Şərhinizi yazın