Menu
Geri İrəli

“Sumqayıt” ilkə imza atdı!!!

Müəllif: sumqayitxeber.com • Tarix: 1 May 2012 • Baxış sayı: 159 dəfə • Şərh yoxdur
Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib. İclasda UEFA və Premyer Liqa klub yarışlarında iştirak etmək üçün müraciət edən 15 klubun (7 UEFA klub yarışlarında, 8 isə Premyer Liqa klub yarışlarında) sənədlərinə baxılıb.
“Sumqayıt” Futbol Klubu 2012-2013 Azərbaycan Premyer Liqa yarışlarında iştirakla bağlı idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarını uğurla yerinə yetirdiyi üçün lisenziyalaşdırmadan müvəffəqiyyətlə keçib.
Qeyd edək ki, “Sumqayıt” Futbol Klubu indiyə kimi Sumqayıt şəhərini Azərbaycan Premyer Liqasında təmsil edən futbol klubları arasında lisenziya alan ilk klubdur.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın