Menu
Geri İrəli

Sumqayıt incəsənət məktəbinin gənc rəssamlarının uğurları

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Fevral 2011 • Baxış sayı: 495 dəfə • 1 şərh
Share Button

Sumqayıtdakı Bülbül adına 2 nömrəli incəsənət məktəbinin şagirdləri Sankt-Peterburqda VI Beynəlxalq ən yaxşı açıqca “Art Qorod” Uşaq Rəsmləri müsabiqəsində uğurla çıxış etmişlər. Neva sahllərindəki şəhərdə uşaq yaradıcılığına baxış Rusiya Federasiyasının Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Məsələləri Təşkilatının (YUNESKO) işləri üzrə Komissiyasının himayəsi altında 2004-cü ildən keçirilir.
Sumqayıt incəsənət məktəbinin rəngkarlıq şöbəsinin şagirdlərinin işləri beynəlxalq müsabiqədə xüsusi və fəxri fərmanlarla qeyd edilmişdir. Bu münasibətlə məktəbin akt zalında həmin fərmanların təqdim edilməsi mərasimi keçirilmişdir.
Bülbül adına incəsənət məktəbinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Lətafət Müfidzadə vernisaj iştirakçılarını və onların valideynlərini təbrik edərək demişdir:
-Belə bir nüfuzlu müsabiqədə uğur qazanmış yetirmələrimizi təbrik etmək bizə xoşdur. A.L.Ştiqlis adına Peterburq Dövlət Sənaye-Rəssamlıq Akademiyasının nümayiş salonunda 20 ölkəni, 932 şəhəri, 1650 məktəbi təmir edən gənc rəssamların əl işləri sərgilənmişdi. Sevindirici haldır ki, müsabiqəyə 8320 iştirakçı tərəfindən təqdim edilmiş 9460 rəsm əsəri arasında ilk dəfə olaraq Sumqayıt məktəblilərinin işləri də nümayiş etdirilmişdir.
Məktəbin müsabiqədə iştirak etmiş şagirdlərinin təqdim etdiyi 8 işin hər biri müsabiqənin sanballı münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Rəngkarlıq şöbəsinin müdiri Firuzə Rüstəmova da “Art Qorod” fəxri fərmanı ilə təltif edilmişdir.
Məktəbin direktorunun sözlərinə görə, uşaqların bu cür nüfuzlu forumunda iştirakı gənc rəssamların ətraf mühit barədə təsəvvürlərini cilalamağa kömək edir, onları ruhlandırır, yeni yaradıcılıq uğurlarına təkan verir, məktəblilərin özünə inamını artırır, istedadlarını daha tam açmağa şərait yaradır.
Xatırladaq ki, “Art Qorod” sərgisinin mövcud olduğu 6 il ərzində onun kolleksiyasına 42 ölkədən ən yaxşı açıqca müsabiqəsinə 35 mindən çox uşaq rəsmi daxil olmuşdur. Bu işlərin ən maraqlıları “Art Qorod” jurnalının 24 buraxılışında toplanmışdır. Açıqçaların bir qismi “Müdriklik hədiyyəsi” adlı dördcildlik kitaba, eləcə də “Dünya uşaqlarının rəsmləri” adlı təqdimat albomuna daxil edilmişdir. Hamısı müxtəlif, hamısı unikal olan bu işlər dünyanın 70 ölkəsində təşkil edilmiş beynəlxalq sərgilərdə nümayiş etdirilmişdir. L.Müfidzadə ümid etdiyini bildirmişdir ki, “Art Qorod” sumqayıtlı uşaqlar üçün böyük incəsənət aləminə körpü olacaqdır. Ətrabə Rzayeva, AZƏRTAC

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıt incəsənət məktəbinin gənc rəssamlarının uğurları” yazısına bir cavab

  1. XANIM deyir:

    UGURLAR UWAQLARA

Şərhinizi yazın