Menu
Geri İrəli

Sumqayıt “İstək” liseyinə də qəbul üçün qeydiyyat davam edir

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Aprel 2016 • Baxış sayı: 1,137 dəfə • 1 şərh
Share Button

sumgait_logoAzərbaycanın milli təhsil brendi olan “İstək” liseyinin Sumqayıt şəhərində yerləşən yeni kampusuna da qəbul üçün qeydiyyat başlanıb. Qeydiyyat sentyabr ayından fəaliyyətə başlayacaq Sumqayıt “İstək” liseyinin V-IX sinifləri üzrə aparılır.

Sumqayıt şəhərinin mərkəzində yerləşən liseydə Sumqayıt şəhəri ilə yanaşı, Bakı və bölgələrdən olan şagirdlər də təhsil ala biləcək. Liseyə qəbul imtahan vasitəsi ilə həyata keçiriləcək.

Qəbul imtahanları aşağıdakı tarixlərdə təşkil olunacaq:

  • V-VI siniflərə qəbul imtahanı – 15 iyun tarixinədək hər həftənin şənbə günü
  • VII sinfə qəbul imtahanı 24 aprel
  • VIII-IX siniflərə qəbul imtahanı – 17 aprel

Yerlər məhdud olduğundan qəbul imtahanında iştirak üçün liseyə yaxınlaşaraq (Sumqayıt “İstək” liseyinin ünvanı: 14-cü məhəllə, 20 Yanvar küç. 6, Tel.: (+994 18) 655 41 64, (+994 55) 455 92 06 ) qeydiyyatdan keçmək lazımdır.

“İstək” liseyinin digər kampusları kimi geniş həyətyanı sahəyə malik olan Sumqayıt “İstək” liseyi də müasir maddi-texniki baza, geniş, işıqlı sinif otaqları, kimya, biologiya, fizika, kompyuter laboratoriyaları, idman meydançaları, kitabxana, beynəlxalq tələblərə cavab verən avadanlıq və dərs ləvazimatları ilə təchiz olunacaq. Liseydə tədris 20 ildən artıq pedaqoji təcrübə əsasında Azərbaycanda və dünyanın inkişaf etmiş ölkələrində təhsil almış müəllimlər tərəfindən aparılacaq. Dərslər milli və beynəlxalq kurikulumun birgə tətbiqi ilə keçiləcək ki, bu da şagirdlərin ali məktəblərə yüksək nəticələr ilə daxil olmasına imkan yaradacaq. Liseydə xarici dil Kembric və Oksford Universitetlərinin dərs vəsaitləri əsasında keçiləcək. “İstək” liseyinin özünəməxsus 20-dən çox sosial fəaliyyət proqramı Sumqayıt “İstək” liseyinin də şagirdlərinin hərtərəfli inkişafına imkan yaradacaq.

Hazırda “İstək” liseyinin Bakı, Şirvan, Quba, Lənkəran, Ağdaş, Mingəçevir və Gəncə şəhərlərində yerləşən kampuslarına da qəbul üçün qeydiyyat davam edir. Liseyə qəbul I-X siniflərin Azərbaycan və rus bölmələri üzrə aparılır. “İstək” liseyinə qəbul ilə bağlı ətraflı məlumatı (+994 12) 465 47 37, (+994 55) 455 92 00 əlaqə telefonları və www.facebook.com/istekliseyi ünvanı vasitəsi ilə əldə etmək mümkündür.

Məlumat üçün qeyd edək ki, “İstək” liseyi Təhsil Nazirliyinin 074503 №-li lisenziyası əsasında fəaliyyət göstərir. Liseyin şagirdləri bu günə qədər beynəlxalq olimpiadalardan 42, respublika olimpiadalarından 36 medal qazanıb. Tədris ilinin sonunda liseyin ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 9 məzunu Təhsil Nazirliyi tərəfindən qızıl və gümüş medallarla təltif olunub. 2015-ci ildə liseyin 238 məzunun 98%-i tələbə adını qazanıb. Onlardan 70%-i yerli, 30%-i yüksək nüfuzlu xarici ali təhsil müəssisələrinə qəbul olunub.

“İstək” liseyi IB (International Baccalaureate/Beynəlxalq Bakalavriat) Diplom Proqramı (DP)  üzrə namizəd məktəb, rəsmi olaraq nəticələri 175 ölkənin universitetlərində qəbul olunan SAT imtahanı mərkəzidir. “İstək” liseyi rəsmi olaraq “Cambridge International School” və “Cambridge English Authorised Centre” statusuna malikdir. Lisey tədris prosesində AP (Advanced Placement) proqramını tətbiq edir, şagirdlərinin IELTS və TOEFL üzrə hazırlığını təşkil edir.

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıt “İstək” liseyinə də qəbul üçün qeydiyyat davam edir” yazısına bir cavab

  1. Gunel deyir:

    Mene lazmdir istek lisseyne qeydiyyatdan kevmek

Şərhinizi yazın