Menu
Geri İrəli

Sumqayıt İT Akademiyada silsilə olaraq görüşlər təşkil edilir

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Sentyabr 2009 • Baxış sayı: 210 dəfə • Şərh yoxdur

Sumqayıt İnformasiya Texnologiyaları Akademiyasında İKT üzrə fəaliyyət göstərən şirkət nümayəndələri, təşkilat rəhbərləri və tanınmış alimlərlə silsilə olaraq görüşlər təşkil ediləcək. Artq Akademiyada bu məqsələ iki görüş təşkil edilib. Ilk görüş Azəriblogun rəhbəri Fərhad Əsgərzadə ilə olub. Blog rəhbəri görüş iştirakçılarına ümumilikdə bloglar barədə, bu sahədəki yeniliklər haqqında ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıb. Eyni zamanda F.Əsgərzadə ilə gələcəkdə Sumqayıt İT Akademiyada bloglarla bağlı təlimlərin təşkili müzakirə edilib. Növbəti görüş isə Microsoft şirkətinin nümayəndəsi Emin Axundovla keçirilib. E.Axundov çıxış edərək görüş iştrakçılarına ümumilikdə Microsoft şirkətiinin fəaliyyəti barədə məlumat verib. Daha sonra görüşdə iştirak etmiş informatika müəllimlərini maraqlandıran sulları cavablandırıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın