Menu
Geri İrəli

Sumqayıt Kimya Parkının tərkibində “SOCAR-Polimer” şirkəti yaradılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Sentyabr 2013 • Baxış sayı: 293 dəfə • Şərh yoxdur

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Sumqayıt Kimya Parkının tərkibində “SOCAR-Polimer” şirkəti yaradıb.

Salamnews xəbər verir ki, bunu jurnalistlərə ARDNŞ-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

O deyib ki, bu layihənin həyata keçirilməsi üçün 500 mln. dollar investisiya lazım olacaq: “Bunun da 200 mln. dolları daxili investorların və yerli bankların maliyyələşdirilməsi hesabına həyata keçiriləcək. Artıq “SOCAR-Polimer” şirkətinin nizamnamə kapitalının 51 mln. dollar olacağı qərarlaşdırılıb”.

S.Qasımov vurğulayıb ki, şirkətin nizamnamə kapitalının 51%-i ARDNŞ-da saxlanacaq: “Qalan 49%-i isə potensial imkanları olan yerli şirkətlərə satılacaq. Düşünürük ki, bu layihə də çox gəlirli və maraqlı layihə olacaq”.

Onun sözlərinə görə, bu müəssisədə polimer və aşağı təzyiqli polietilen borular və son texnologiya olan kimya məhsulları istehsal ediləcək: “Bu baxımdan biz bu layihəyə maraq göstərən şirkətləri cəlb etmək niyyətindəyik. Artıq bununla bağlı işlər gedir. Təşkilatı işlər başa çatandan sonra investorların bu prosesə cəlb olunması ilə məşğul olacağıq”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın