Menu
Geri İrəli

Sumqayıt Kimya Sənaye Parkına 1 milyard manatdan çox investisiya cəlb ediləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Dekabr 2015 • Baxış sayı: 532 dəfə • Şərh yoxdur

ea68c64bc6ebf9e378eb01fcc520bd0cSumqayıt Kimya Sənaye Parkına rezidentlər tərəfindən istehsal müəssisələrinin qurulmasına 1 milyard manatdan çox investisiya cəlb edilməsi nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramının icrası: sənaye parkları və sənaye məhəllələri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
“Qaradağ Sənaye Parkının rezidenti olan “Bakı Gəmiqayırma” MMC tərəfindən müqavilə dəyəri 40 milyon ABŞ dolları olan sifariş əsasında yarımdalma qazma qurğusunun pontonlarının tikintisi başa çatdırılaraq təhvil verilib. Hazırda ümumi dəyəri 400 milyon dollardan çox sifarişlər mövcuddur və bu sifarişlərin icrası istiqamətində işlər davam etdirilir”, – deyə N. Səfərov diqqətə çatdırıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın