Menu
Geri İrəli

Sumqayıt Kimya Sənaye Parkında ən müasir infrastruktur qurulacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyul 2014 • Baxış sayı: 453 dəfə • Şərh yoxdur

Sumqayıt Kimya Sənaye Parkında müasir infrastruktur təchizatı rezidentlərə “birbaşa qoşulma” (Plug&Play) prinsipi ilə təklif olunacaq.
Bu prinsipin əhəmiyyətindən danışan park direktorunun müavini Zaur Məmmədov AzərTAc-a demişdir ki, bütün infrastruktur və kommunikasiya xətləri ən müasir yeraltı qalereyalar vasitəsilə çəkiləcək, xidmətin keyfiyyətinin artırılması məqsədilə erkən xəbərdarlıq sistemi qurulacaq. Bununla da istifadəçilərin əməliyyat xərcləri minimum səviyyəyə enəcək.
Direktor müavini bildirib ki, parka iki istiqamətdən qaz və elektrik xətlərinin çəkilməsi, 35 və 110 kilovotluq iki yarımstansiyanın quraşdırılması nəzərdə tutulur. Eyni zamanda, geniş şəbəkəyə malik su təchizatı və kanalizasiya sistemi yaradılacaq, müxtəlif ehtiyacları ödəyən su anbarı tikiləcək. Parkın ərazisində nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə beynəlxalq standartlara cavab verən mərkəzi və dairəvi yolların salınması da planlaşdırılır.

sum-kimya

Facebook Şərhləndirmə:

Şərhinizi yazın