Menu
Geri İrəli

Sumqayıt Kimya Sənaye Parkında Peşə Tədris Mərkəzi fəaliyyət göstərəcək

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 18 Dekabr 2014 • Baxış sayı: 457 dəfə • Şərh yoxdur
Share Button

dfa56fb10cba061db2941a994826c9ba_Generic

Biznes fəaliyyətinin effektivliyinin artırılası üçün Sumqayıt Kimya Sənaye Parkında (SKSP) Peşə Tədris Mərkəzi fəaliyyət göstərəcək. Burada əsasən kimya, inşaat və mexantronika istiqamətləri üzrə 30-a yaxın peşə hazırlığı həyata keçiriləcək. Bunu İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev AzərTAc-a müsahibəsində deyib. O, fikrinin davamında vurğulayıb ki, Tədris Mərkəzinin işi “Paralel təhsil” (dual education system) modeli əsasında Avropa standartlarına uyğun qurulacaq. Bu məqsədlə Sumqayıt Kimya Sənaye Parkının eyni adlı MMC-si Almaniyanın Ştudqard Universiteti ilə əməkdaşlıq edir. A.Əliyev qeyd edib ki, burada peşələrə yiyələnmənin effektivliyi üçün tədris prosesi təhsil-təcrübə-tətbiqetmə ardıcıllığı ilə aparılacaq. Tədris prosesində əldə olunan biliklər tələbələr tərəfindən təcrübədən keçirilərək real istehsalat şəraitində tətbiq ediləcək. Sənaye parkında fəaliyyət göstərəcək emalatxanalarda istehsal prosesini təkmilləşdirmək üçün lazımi şərait yaradılacaq.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın