Menu
Geri İrəli

Sumqayıt Kimya Sənaye Parkında tikinti işləri davam edir (FOTO)

Müəllif: sumqayitxeber.com • Tarix: 4 İyun 2016 • Baxış sayı: 2,537 dəfə • Şərh yoxdur

Azərbaycanın ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında tikinti-quraşdırma işləri davam etdirilir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, artıq sənaye parkının xarici elektrik və qaz, fiber optik kabel, yağış, içməli, texniki, kimyəvi, tullantı, yanğına qarşı su xətlərinin çəkilişi işləri başa çatıb. Müasir sənaye parkları konsepsiyasına uyğun olaraq, sənaye parklarının kommunikasiya xətləri qalereya vasitəsilə çəkilib.

Sənaye parkının ərazisində rahat və maneəsiz hərəkəti təmin etmək məqsədi ilə mərkəzi, dairəvi və ara yollar salınır. Hazırda parkın əsas giriş yolunun tikintisi işlərinin 95%-i, daxili avtomobil yollarının 20%-dək hissəsi yerinə yetirilib. Nəqliyyat xətləri parkın istehsal və qeyri-istehsal təyinatlı bütün ərazisini əhatə edəcək.

Parkın Sosial zonasında yerləşən Peşə Tədris Mərkəzinin binasının tikintisi başa çatdırılıb. Hazırda binanın üzlənməsi və təmiri işləri aparılır.

Tikinti-quraşdırma işlərinə paralel olaraq Sumqayıt Kimya Sənaye Parkına yeni ayrılmış 127,96 hektar ərazidə aparılan söküntü və düzənlənmə işləri başa çatmaq üzrədir. Bu işlər tam başa çatdıqdan sonra burada yeraltı və yerüstü infrastrukturun tikinti-quraşdırma işlərinə başlanılacaq.

sumagyit_kimya_senaye_parki_tikinti_030616_13 sumagyit_kimya_senaye_parki_tikinti_030616_02 sumagyit_kimya_senaye_parki_tikinti_030616_03 sumagyit_kimya_senaye_parki_tikinti_030616_04 sumagyit_kimya_senaye_parki_tikinti_030616_05 sumagyit_kimya_senaye_parki_tikinti_030616_06 sumagyit_kimya_senaye_parki_tikinti_030616_07 sumagyit_kimya_senaye_parki_tikinti_030616_08 sumagyit_kimya_senaye_parki_tikinti_030616_09 sumagyit_kimya_senaye_parki_tikinti_030616_11 sumagyit_kimya_senaye_parki_tikinti_030616_12

Facebook Şərhləndirmə:

Şərhinizi yazın