Menu
Geri İrəli

Sumqayıt Kimya Sənaye Parkında yeraltı infrastruktur şəbəkəsinin tikintisi başa çatıb

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Mart 2015 • Baxış sayı: 352 dəfə • Şərh yoxdur
14276287874012912258_750x500Azərbaycanda qeyri-neft sektorunun ən iri layihələrindən olan Sumqayıt Kimya Sənaye Parkının yeraltı infrastruktur şəbəkəsinin tikintisi başa çatıb. Sənaye Parkında ümumi uzunluğu 13,5 kilometr yağış suyu xətti, 10,8 kilometr içməli su xətti, 8 kilometr texniki su xətti, 20,6 kilometr yanğına qarşı su xətti, 9,3 kilometr kimyəvi tullantı suları xətti çəkilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müasir sənaye parkları konsepsiyasına uyğun olaraq, Sumqayıt Kimya Sənaye Parkında da kommunikasiya xətləri qalereyalar vasitəsi ilə çəkilir. Eni 3 metr, hündürlüyü isə 2,2 metr olan yeraltı qalereyaların ümumi uzunluğu 10,3 kilometr təşkil edir. Artıq yeraltı texniki qalereyanın daxilində elektrik xətlərinin çəkilişinə başlanılıb və işlərin bu ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Sənaye Parkında texniki infrastruktur şəbəkəsi rezidentlərə ən müasir üslubda inşa olunaraq “birbaşa qoşulma” (“plug&play”) sistemi əsasında təqdim ediləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın